Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-246/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Musayev Taleh Valeh oğlunun сядрлийи Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində anadan olmuş, Азярбайжан Республикасы вятяндашы, orta təhsilli, işsiz, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs оьлунун Азярбайжан Республикасы Иnzibati Хətalar Мəcəlləsinин 510-cu маддяsи иля nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola aчыг мящкямя ижласында бахараг МЦЯЙЙЯНЕТДИ: Şəxs оьлу 14 fevral 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir rayonu, Dəllər- Cəyir kəndində küçədə ucadan nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmişdir. Бу щярякятляри иля Şəxs оьлу Azərbaycan Respublikası ИХМ-ин 510-cu maddəsində нязярдя тутулан инзибати хятаны тюрятмишдир. Şəxs оьлуnun щямин инзибати хятаны тюрятмяси özünün etirafı, şahid ifadələri вя ишдя олан сянядлярля tam тясдиг олунmuşdur. Məhkəmə iclasında Şəxs оьлу özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, arvadı Ceyran Sadıqova ilə münasibətləri pisləşdiyindən arvadı küsüb qardaşının evinə getmişdir. Bu məqsədlə 14 fevral 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qayını Ayaz Aslanovun evinə getmiş və arvadını evə qaytarmaq istəmişdir. Lakin arvadı evə qayıtmaq istəməmiş, bu səbəbdən əsəbiləşmiş və küçədə ucadan nalayiq söyüşlər söymüşdür. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəxs onun əridir. Şəxs 14 fevral 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir rayonu, Dəllər- Cəyir kəndində qardaşı Ayaz Aslanovun evinin qarşısına gələrək küçədə küçədə səs-küy salmış, ucadan nalayiq söyüşlər söymüşdür. Qeyd edir ki, həmin hal əvvəllər də baş vermiş və Şəxs onun da ünvanına dəfələrlə söyüşlər söymüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Şəxs baldızı Ceyran Sadıqovanın əridir. 14 fevral 2023-cü il tarixdə saat 16 radələrində Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşadıqları evdə olan zaman Şəxs oraya gəlmiş və küçədə səs-küy salaraq ucadan nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadələrini, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs 14 fevral 2023-жü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 14 fevral 2023-жü il tarixdən saat 19:00dan hesablanmalıdır. Эюстярилянляря ясасян вя Azərbaycan Respublikası ИХМ-нин 40, 43, 48-51, 114, 128-130-жu маддялярини рящбяр тутараг, ГЯРАРААЛДЫ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Щябся almanın яввяли 14 fevral 2023-жü ил тарихдян saat 19:00-dan щесаблансын. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-246/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-246/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver