Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-246/2024 13.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2–ci maddəsi əsasında qəbul edilmiş xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5.000 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmiş, əsas kimi X1 Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yaşaması göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki işə baxılması Bərdə Rayon Məhkəməsinin səlahiyyətlərinə aiddir. Həmin işə Şəmkir Rayon Məkəməsində baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olduğundan, mövcud fikir ayrılığının aradan qaldırıması üçün hazırkı iş Gəncə Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta hadisəsi Bərdə rayonu ərazisində baş vermiş, həmçinin X2 tərəfindən şikayətinə yaşayış yeri üzrə Şəmkir Rayon Məhkəməsində baxılmasına dair vəsatət verilməmiş, Arzu Əhmədov öz sərbəst iradəsini ifadə edərək şikayətini Bərdə Rayon Məhkəməsinə vermişdir. Həmçinin, şikayət ərizəsindən görünür ki, X2 faktiki olaraq Bərdə şəhəri, E.Əsədov küçəsində yaşayır. Göründüyü kimi Bərdə şəhərində yaşayan X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə Bərdə Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası İXMnin 129.1.3-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer üzrə rayon məhkəməsinə şikayət vermiş, habelə onun tərəfindən şikayətinə yaşayış yeri üzrə Şəmkir Rayon Məhkəməsində baxılmasına dair vəsatət verilməmişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən isə məhkəmə aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmiş hazırki iş, aidiyyət üzrə Bərdə Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, məkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsi üzrə işin məhkəmə aidiyyətinə dair Bərdə Rayon Məhkəməsi ilə Şəmkir Rayon Məhkəməsi arasında fikir ayrılığı mövcuddur ki, bu səbəbdən məhkəmə aidiyyət məsələsinin həlli üçün işi baxılmadan Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsini məqsədə uyğun hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 129-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsi üzrə işin məhkəmə aidiyyətinə dair Bərdə Rayon Məhkəməsi ilə Şəmkir Rayon Məhkəməsi arasında fikir ayrılığı olduğundan, məhkəmə aidiyyətini müəyyən etmək üçün iş baxılmadan Gəncə Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-246/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-246/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver