Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-248/2023 01.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə şəhəri Baş Polis İdarəsi X15 X14 Xidmətinin 10.02.203-cü il tarixli qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şəhər Baş Polis İdarəsi X15 X14 Xidməti inspektoru polis serjantı X8 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş, inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 göstərdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri DYPŞ YPX-nin inspektoru polis serjantı X9 tərəfindənn Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə 200 manat məbləğində cərimə olunmuşdur. Belə ki, polis əməkdaşı ona sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat vermiş, o isə sürücülük hüququnun məhdudlaşdırılmasından xəbərsiz olduğunu bildirmişdir. Sonra araşdırma apardıqda Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-39/2023 nömrəli qərarı ilə onun Azərbaycan Respublikası İXM-nin 529.36-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərardan xx.xx.2023-cü il tarixdə xəbəri olmuşdur. O cəriməni xx.xx.2022-ci il tarixdə ödəyib, nə polis şöbəsindən ona AR İXM-nin 59.3-cü maddəsi ilə protokol tərtib edilməsi barədə hər hansı məlumat daxil olub, nə də məhkəmə tərəfindən ona hər hansı bildiriş daxil olub. Həmin protokoldan və ya məhkəmə iclasından məlumatı olsa idi cəriməni ödəməsi barədə məlumat verə bilərdi. Göründüyü kimi qərar İXM-nin tələblərinin pozulması ilə qəbul edilmişdir. Hesab edir ki, barəsində olan qərar qanunsuz tərtib edildiyi üçün qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Gəncə şəhəri X15 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-39/2023 nömrəli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş DİN DYP portalından çıxarışdan görünür ki, X5 İXP ******* saylı protokola əsasən 48 manat cəriməni xx.xx.2022-ci il tarixdə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ona təyin olunmuş cəriməni xx.xx.2022-ci il tarixdə ödəmiş, lakin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi qeyd olunan cəriməni ödəmədiyi üçün protokol tərtib edərək məhkəməyə göndərmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 məhkəmə iclasına dəvət olunsa da məhkəməyə cəriməni ödəməsi barədə məlumatı məhdudlaşma barədə xx.xx.2023-cü tarixli qərar qəbul edilənə qədər təqdim etməmişdir. Şəxsin sürücülük hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırıldıqdan sonra yenidən Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru polis serjantı X7 tərəfindən xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün şəxs barəsində 200 manat cərimə tətbiq olunmuşdur. Lakin materiala əlavə edilmiş sənədlərdən görünür ki, M. Allahverdiyev sürücülük hüququnun məhdudlaşmasına səbəb olmuş cəriməni xx.xx.2022-ci il tarixdə ödəmiş, ödədikdən sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi protokol tərtib etməməli olduğu halda şəxsin cəriməni ödəməməsi barədə protokol tərtib etmiş və məhkəmə tərəfindən sürücülük hüququnun məhdudlaşması barədə qərar qəbul olunmuşdur. Bu isə haqlı olaraq şəxsin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin YPX-nin inspektoru polis serjantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 inzibati tənbeh verilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin YPXnin xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-248/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-248/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver