Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-253/2024 17.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 barəsində Şəmkir rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəmkir rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə Şəmkir rayon Heydər Əliyev pr.17-də saat 19;13-də Şəmkir rayon yol polisinə məxsus 229 saylı maşında olan əməkdaşlar İXM: 330.0.1 maddəsini əsas gətirərək heç bir görüntü olmadan və keçiddən keçən heç bir şahid olmadan və həmin ərazidə yüksək müşahidə kameraları olduğu halda onunla bərabər maşında üç nəfər şahid olduğuna baxmayaraq qərəzli halda özləri yol hərəkət qaydalarına əməl etmədən onun barəsində İXP ******* (saylı ) qərarlı protokol tərtib edilmişdir. Həmin protokola əsasən onun barəsində TP ******* qərar qəbul edilib. Həmin TP ******* qərarın heç bir hüquqı əsas olmadığı üçün həmin qərarın ləğv edilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirdi ki, barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bununla belə hesab edir ki, qəbul edilmiş qərar əsassız tərtib edilmişdir. Ona görə də, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4, X1 şikayətinin əsassız olduğunu bildirərək qeydə alınmış inzibati xəta pozuntusunun X2 tərəfindən törədilməsinin aşkar göründüyünü bildirib şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 330.0.1-ci maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 330.0.1-ci maddəsinə əsasən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə 50 manat cərimə müəyyən edilmişdir. İş materiallarından da görünür ki, X2 nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X2, heç bir görüntünün olmaması və keçiddən keçən heç bir şahid olmamasını bildirsə də, bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməsi nəticəsində İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, X2 barəsində İXM-nin 330.0.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraalır: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir rayonu Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-253/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-253/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver