Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-255/2023 16.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu X1 Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM : Şəmkir Rayon Məhkəməsinə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, X2 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində Şəmkir şəhəri, R.Rəhimov küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2101 markalı **-BF-*** nömrəli avtomşınla hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozaraq VAZ-21015 markalı **-BX-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşının sahibinə maddi zərər yetirmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol X1 barəsində tərtib edilsə də, iş materiallarına onun təqsirli olmasını sübut edən hər hansı sənəd əlavə edilməmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iş üzrə yol-nəqliyyat hadisəsi üzrə ekspertiza təyin edilməmiş, bununla da X1 təqsirliliyinə dair ekspert rəyi əldə edilməmişdir. Bu hal isə ona dəlalət edir ki, X1 əməlində həqiqətən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibinin olması istisna edilir. Azərbaycan Respublikası İXM-nin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Göründüyü kimi qanun normasında nəzərdə tutulsa da, hazırki iş üzrə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müvafiq ekspertiza təyin edilməmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X1 təqsirli olmasını sübut edən ekspert rəyinin təqdim edilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, qeyd olunan nöqsanın mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən də, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-255/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-255/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver