Məhkəmə qərarları › İş №3(076)-26/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-26/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-26/2025 09.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2-ci divizionunun təsərrüfat manqasının qabyuyanı vəzifəsində mülki işçi qismində çalışarkən, xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində əsgər yeməkxanasında həmin divizionun təsərrüfat manqasının yeməkxana xidmətçisi vəzifəsində, mülki işçi qismində çalışan Zərərçəkmiş şəxs ilə aralarında yeməkxananın təmizliyi ilə əlaqədar sözlü mübahisə yaranmış, mübahisə zəmnində Zərərçəkmiş şəxs onu təhqir etdiyinə görə əlində olan dəmir qabı sonuncunun baş nahiyəsinə vurmaqla ona qarşı zor tətbiq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs, özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək izahatında göstərdi ki, o N nömrəli hərbi hissədə işləyir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qabyuyan növbətçisi təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində yeməkxana zalında təmizliyi təhvil alan zaman ona orada olan kanalizasiya təmizliyinin içi, güzgü və əl üz yuyulan yer təmiz olmadığı üçün o növbəni təhvil almayacağını bildirən zaman Zərərçəkmiş şəxs ona “qoca kaftar dilini niyə götünə qoymusan bəs deyilmi” deyib ona tərəf gələn zaman o orada əsgərin dəmir qabısı olan çörək qabını onun 1 dəfə başına vurmuşdur. Orada olan Aslanov Fərid onlarlı araladı və o getdi yemək bişirilən yerə, təxminən 3 dəqiqədən sonra şüşə sınığı səsi eşitmişdir. Bundan sonra Hüseynov Elnur hadisə yerinə gəlib ona nə olduğunu soruşdu oda ona Zərərçəkmiş şəxs onu təhqir etdiyi üçün və onun üstünə hücüm elədiynə görə özünü saxlaya bilməyib onu vurduğunu bildirmişdir. O Zərərçəkmiş şəxs qarşı hər hansı bir nalayiq ifadə işlətməmiş, ona qarşı zor tətbiq etməmişdir. O 1 dəfə çörək qabı ilə Zərərçəkmiş şəxs başına vurmuş, oda özünü müdafiə etmək üçün. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yeməkxana xidmətçisi növbətçisi təyin olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində yeməkxana zalında təmizlik işi apararkən Şəxs yeməkxana zalına daxil olmuş və növbəni təhvil alan zaman ona “bura natəmizdir növbəni təhvil almıram” deyib ayağı ilə stola təpik vurmuşdur. Bundan sonra ona “buralar natamizdir” deyib əsgərin dəmir qabı olan çörək qabı ilə onun başına vurdu o da ona “qoca kaftar” deyib özünü müdafiə edən zaman sol əli gedib pəncərəyə dəymiş və pəncərə sınaraq əlini kəsmişdir. 2-ci divizionun feldşeri Məmmədov Siruz gəlib onu divizionun tibb məntəqəsinə aparıb orada ilkin tibbi yardım göstərmişdir. O Şəxs yalnız “qoca kaftar” demişdir. O Şəxs qarşı heç bir zor tətbiq etməmişdir. Şəxs mübahisə edən zaman ona qarşı nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Hazırda Şəxs şikayətçidir, məhkəmədən onun qanunamüvafiq qaydada cəzalanmasını xahiş etdi. İş materiallarında olan N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifələrini icra edən Coşqun Adilov tərəfindən hərbi hissə komandanlığına yazılmış raportdan görünür ki, hərbi hissənin 2-ci bölməsinin mülki işçisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 09:30-da “sol əlin içəri səthinin və sol baş barmağın kəsilmiş yaraları” diaqnozu ilə 2-ci bölmənin tibb məntəqəsinə müraciət etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin 2-ci divizionunun komandiri Səbuhi Hüseynov tərəfindən hərbi hissə komandanlığına yazılmış raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində 2-ci divizionun yeməkxanasında təsərrüfat manqasının mülki işçiləri növbənin təhvil təslimi zamanı yeməkxana ərazisinin natəmizliyini əsas gətirərək mübahisə etmişlər, mübahisə zamanı qabyuyan mətbəx işçisi Şəxs və yeməkxana xidmətçisi Zərərçəkmiş şəxs qarşılıqlı şəkildə bir-birini təhqir etmişlər, nəticədə yemək paylama məntəqəsinin şüşəsi sınaraq Zərərçəkmiş şəxs əlinə düşmüş və xəsarət almışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs N may N-ci il tarixdən həmin hərbi hissənin 2-ci divizionunun təsərrüfat manqasının yeməkxana xidmətçisi vəzifəsinə 3 ay sınaq müddəti verilməklə işə qəbul edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N iyul N9-cu il tarixli əmrindən çıxarışdan görünür ki, Şəxs N iyul N9-cu il tarixdən həmin hərbi hissənin 2-ci divizionunun təsərrüfat manqasının aşpazı vəzifəsinə 3 ay sınaq müddəti verilməklə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 25 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs, bədən səthində aşkar edilmiş xəsarətlər- sol əlin İ barmağın və sol əlin içəri səthinin səthi kəsilmiş yaraları-iti kənarlı və iti uclu əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, müxtəlif şəraitlərdə, o cümlədən məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə və şəraitdə də əmələ gəlmələri istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2024-cü il tarixdə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibinin olmaması və Zərərçəkmiş şəxs döyərək inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin zərər çəkmiş şəxsin izahatını, xx.xx.2024-cü il tarixli rəyi, tədqiq edilmiş sənədələri ayrıayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə, tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun yaşını, təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışıq əldə edilməməsini, zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar