Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-265/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Heydərova Nazlı Azər qızı, inzibati tənbeh tətbiq etmə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə dair materialı nəzərdən keçirib MÜƏYYƏNETDİ: X3 ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X2 qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X3 mübahisələndirdiyi qərar xx.xx.2025– ci il tarixdə qəbul edilmişdir. Ərizəçinin şikayəti isə xx.xx.2025–ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi X3 qərardan şikayət vermə müddətini ötürmüş, eləcə də prosessual müddətin bərpa olunması barədə vəsatət verməmişdir. Həmçinin, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 ərizəsini qeyrimüəyyən şəkildə əsaslandırmış, ərizənin nəticə hissəsi dəqiq müəyyən olunmamış, yəni o, mübahisələndirdiyi qərarı müraciətinə əlavə etməyərək hansı orqanın qərarından şikayət etməsini konkret olaraq göstərməmişdir. Qeyd edilənlər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi qeyrimüəyyən şəkildə məhkəməyə verilmişdir ki, bununla məhkəmə hansı qərarın mübahisələndirilməsini müəyyən edə bilməmiş və X1 şikayətinə əlavə etmiş olduğu sənədlər hazırkı işə baxılaraq qərar qəbul edilməsini istisna edir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə onu vermiş şəxsə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. X2 qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin Hakim: Nazlı heydərova
Məhkəmə qərarları › İş №3(076)-265/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-265/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver