Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-270/2024 19.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X8 Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, müharibə iştirakçısı, məhkumluğu olmayan, Daşkəsən rayonu, Xoşbulaq kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti 11-ci küçə də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törətməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə DYP postunda YPX əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla, eyni zamanda YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onların yaxasından tutub tabesizlik göstərmişdir. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X9 inzibati protokolu müdafiə edərək izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə DYP postunda YPX əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla yanaşı YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onların yaxasından tutub tabesizlik göstərmişdir. Daha sonra o məcburi şəkildə Şəmkir RPŞ-nə gətirilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il o qardaşı ilə ayrı-ayrı avtomobillərdə Qazax rayonundan Bakı istiqamətində hərəktədə olmuşlar, həmin vaxt o, Kamaz markalı yük avtomobilini idarə etmişdir. Saat 19:00 radələrində Şəmkir rayonu ərazisində olan DYP postundan keçərkən həmin yerdə döyüşçü yoldaşlarını görmüş və avtomobili saxlayıb onlarla görüşmək istəmişdir. Həmin vaxt o, digər avtomobildə olan qardaşının Mercedes-Benz “VİTO” markalı avtomobilin sürücüsü ilə mübahisə etdiyini görmüşdür. O onlara yaxınlaşarkən postda olan polis əməkdaşlarının qardaşını vurmasını düşünmüş, bu səbəbdən onların üzərinə getmiş və mübahisə etməyə başlamışdır. O nalayiq ifadələr işlətmiş bu səbəbdən onların arasında mübahisə yaranmış, o YPX əməkdaşının sinəsindən tutmuşdur. Bu zaman YPX əməkdaşı onun qolundan tutub postun önünə aparmış və digər əməkdaşlar onun qolundan tutub maşına əyləşdirib Şəmkir RPŞ-nə gətirmişlər. İzahatı polisə vermiş, özü şəxsən imza etmişdir. Həmin ifadə öz sözləri ilə yazılmışdır. Vətən müharibəsi iştirakçısı olmaqla, himayəsində az yaşlı uşaqları vardır. Hazırda əməlindən peşmandır, YPX əməkdaşlarından etdiyi əmələ görə üzür istəmişdir, fərdi əməklə məşğul olur və cərimə ödəmək iqtidarındadır. Odur ki, söylədiklərinin nəzərə alınmaqla ona cərimə növündə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, şahidlərin ifadəsi ilə bağlı heç bir etirazı yoxdur, düzgün danışırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, O, ekipaj üzvü X5 rayon DYP postunda xidmətdə olarkən, adının onlara sonradan məlum olduğu Şəxs qardaşı ilə Mercedes-Benz “VİTO” markalı avtomobilin sürücüsü ilə mübahisə etdiyini görmüş və onlara yaxınlaşaraq onları sakitləşdirməyə çalışımışdır. Həmin vaxt Kamaz markalı yük avtomobilinin sürücüsü saxlamış və onun qardaşını vurmalarını düşündüyü üçün onun üzərinə gələrək, onun yaxasından tutub nalayiq ifadələr işlədərək mübahisə yaratmışdır. Bu zaman digər YPX əməkdaşı Etibar Hüseynov da onlara yaxınlaşmış və onlar Şəxs sakitləşdiriməyə çalışmışlar, lakin o nalayiq ifadələr işlətmiş və mübahisə yaratmışdır. Bundan sonra Şəmkir RPŞ-nə məlumat vermişlər, posta PPX əmkdaşları gəlmiş və Şəxs Şəmkir RPŞ-nə gətirmişlər. Barəsində protokol tərtib edildikdən sonra Şəxs səhfini başa düşmüş və etdiyi əmələ görə onlardan üzr istəmişdir. O məhkəmədən bu halın da nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 şahid Fariz Əhmədovla eyni məzmunlu ifadə verərək dediklərini təsdiqləmişdir. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri və Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əmilindən peşman olmasını, müharibə iştirakçısı olmasını müəyyən etmişdir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 100 (bir yüz) manat cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-270/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-270/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver