Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-271/2024 23.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X1 iclas katibliyi, Şəmkir RPŞ-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-ci il tarixdə Qazax rayonu, Barxudarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olur, Qazax rayonu, Barxudarlı kəndində qeydiyyatda olan,Şəmkir şəhəri Hərbi Şəhərcik DOS 3, Mənzil 8-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəmkir RPŞ-nin daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu və hüquqlarının məhdudlaşdırıldığı 23.003.2024-cü il tarixdən, saat 15:40-dan hesablansın. Həbsdə saxlanma ilə bağlı qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ AZ-5700 Şəmkir şəhəri, H.Əliyev prospekti, 2 Tel: (02230) 5-74-07, Faks: (02230) 5-35-24 www.shamkircourt.gov.az Elektron ünvan İş № 3(076)-271/2024 xx.xx.2024-cü il Şəmkir rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı cənab Nəvai Qasımova Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(076)-271/2024 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan çıxarış icra olunması üçün Sizə göndərilir. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-271/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-271/2024
23.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver