Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-271/2025 01.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Şəmkir rayonu Bayramlı kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Şəmkir rayonu, Zəyəm-Cırdaxan qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Şəmkir şəhəri X1 X2 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir şəhəri X1 X2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 -ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş AP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində istifadəsində olan “CHEVROLET CRUZE” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, ona məxsus SHANDONG SD504G markalı traktor var. Həmin traktoru xx.xx.2025-ci il tarixdə Bakı Azər Naqro şirkətindən lizinq yolu ilə əldə etmiş və adına sənədləşdirmişdir. Sürücülük vəsiqəsi olmasına baxmayaraq traktoru idarə etmək üçün kateqoryası yoxdur. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində kənd ərazasində əkin işləri görmək qərarına gəlmişdir. Bunun üçün traktoru hərəkətə gətirib Şəmkir-Sabirkənd-Zəyəm magistiral yoluna çıxmışdır. Traktorla magistiral yolla üzü Tovuz rayonu istiqamətində hərəkətdə olub Sabirkənd kəndinə dönmək üçün traktorun sola dönmə işığını yandırmışdır. Həmin an Şəxs idarə etdiyi yüksək surətdə olan CHEVROLET CRUZE markalı **-CB-*** dqn-lı avtomobil 50-55 metr məsafədən əyləci bassada onun traktorunu yan tərəfdən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. İlkin olaraq hiss etməsə də sonradan əzinlik və travma xəsarətləri aldığı məlum olmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, sola dönmə işığını yandrıb dönərkən Şəxs idarə etdiyi avtomobilin ona yaxınlaşdığını gördüyünü, CHEVROLET CRUZE markalı **- CB-*** dqn-lı avtomobili güzgü vasitəsilə baxarkən 80 metr məsafə olduğunu, avtomobilin 50 metr tormuz izi olduğunu və hadisə zamanı yanında heç kim olmadığını bildirmişdir. Protokola əlavə edilmiş 23 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Şəxs idarə etdiyi Chevrolet Cruze markalı ** CB *** dövlət Qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu Sabirkənd kəndində hərəkətdə olduğu zaman qarşısı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Shandong SD504G markalı traktorun arxa tərəfi ilə toqquşmuş, nəticədə traktorun sürücüsü Zərərçəkmiş şəxs Yüngül bədən xəsarətləri almışdır. Bununla da Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50ci maddəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli 47 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-qapalı kəllə-beyin travması baş-beyin silkələnməsi ilə müşayət olunan başın tüklü hissəsində ənsə nahiyəsinin yumşaq toxumlarının ağrı halında əzniyiŞ döş qəfəsinin sol yan səthinin və sol budun yuxarı üçdə birinin bayır səthinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Vİ hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmin Qanunun 42-ci maddəsinin İX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Şəxs idarə etdiyi Chevrolet Cruze markalı ** CB *** dövlət Qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu Sabirkənd kəndində hərəkətdə olduğu zaman qarşısı ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Shandong SD504G markalı traktorun arxa tərəfi ilə toqquşmuş, nəticədə traktorun sürücüsü Zərərçəkmiş şəxs Yüngül bədən xəsarətləri almışdır. Bununla da Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü bəndinin tələbləri pozulmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, inzibati məsuliyyətdən və tənbehdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Məhkəmə iclasında inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, barəsində icraat aparılan şəxsin inzibati xətanı törətməsinin yol hərəkəti qaydalarını bilməməsindən qaynaqlanmasını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-271/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-271/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver