Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-272/2024 26.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəmkir şəhəri, Gəray Əsədov küçəsi ev-28 də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şahid narahat edərək, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Şəmkir RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X6 inzibati protokolu müdafiə edərək izahatında bildirdi ki, Şahid xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək, onu Şəxs SMS yazaraq narahat etdiyini bildirmiş, bundan sonra araşdırma aparılmış və həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Daha sonra onun barəsində inzibati protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, Şahid mesajı bir il bundan əvvəl yazmışdır. Sadəcə hazırda Mətanətin yaşadığı evin işıqlarını kimsə söndürdüyü üçün Mətanət ondan şübhələnmiş və polisə şikayət etmişdir. O Mətanətə mesaj yazıdığı üçün əməlindən peşmandır, Mətanətdən üzr istəmişdir. Lakin o, Mətanətin yaşadığı evin elektrik sayğacını söndürməmiş, Mətanətlə qarşılaşmamış və ona qarşı heç bir ifadə işlətməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəxs ona sms və votsapda nalayiq sözlərdən istifadə edərək mesaj yazmış, onu hədələmişdir. O həmin sms gələn mobil nömrəni uzun müddət istifadə etməmişdir, lakin həmin nömrəni xx.xx.2024-cü il tarixdə telefonuna taxanda ona mesajlar yazıldığını görmüşdür. Həmin mesajlar 2023-cü ilin dekabrında yazılmışdır. Onun valideyni polisə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Babək 2023-cü ilin yayından mütamadi olaraq ona sms yazmışdır. Onların yaşadığı evin elektirik sayğacı sönmüş və onlar çıxıb yandırmışlar, sonra yenə sönmüşdür. O zən etmişdir ki, sayğacın qoruyucusu atır problem var. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə sayğacları yenə sönmüş, uşaq çölə çıxıb yandırmış, sonra yenə sönmüş, 3 dəfə çıxıb yandırmaq istəyəndə qapı açılmamış, qapının çöldən qapılarına dəmir məftil keçirilərək bağlandığını müəyyən etmişlər. Həmin vaxtı bilmişlər ki, bu kimin isə tərəfindən edilir. Sayğac öz-özündən atmırmış. O polisə müraciət edəndə ona kimdən şübhələndiyini soruşmuşlar, o isə heç kimdən şübhələnmədiyini bildirmişdir. Sonra nömrəsini telefona xx.xx.2024-cü il tarixdə taxan zaman ona Babək tərəfindən smslər gəldiyini görmüşdür. Bundan sonra o polisə bildirmişdir ki, yəqin Babəkdi, çünkü Babək smslərdə ona başını kəsmək ilə, öldürmək ilə hədələmişdir. O, polis əməkdaşalarına Babəkin nömrəsini vermişdir. Sayğaclarının söndürülməsi 5-6 ay davam etmişdir. Həmin nömrəni o, 7-8 ay istifadə etməmişdir, yalnız nömrənin votsapını istifadə etmişdir. Babək smsdə ona onu blokdan çıxartması bildirmişdir. Babək ona votsapda yazıb narahat etdiyinə görə onu bloka atmış və onu narahat etməməsini əks halda polisə müraciət edəcəyini bildirmişdir. Sonra ona yenə smslər yazmış və polisə müraciət etməməsini xahiş etmişdir. O onu bloka saldığı üçün ona sms yazmışdır. Babək ona smsdə yazmışdır ki, 1 nəfər var onun başını kəsəcəkdir. O Babəkdən şikayətçidir. Smslər 2 nömrədən gəlib biri Babəkin, digəri isə anasının nömrəsidir. Əvvəlki smslər xx.xx.2023cü il tarixdə yazılmış xx.xx.2024-cü il tarixdə onun tərəfindən aşkar edilmiş, ancaq o Babəklə qarşılaşmamışdır. Məhkəmə iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şahid narahat edərək nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan MN 021006 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Lakin, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan sənədlərdə Şəxs Şahid narahat edərək nalayiq ifadələr işlətməsini və içtimai qaydanı pozmasını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmiş və bu hall tərəflərin ifadələri ilə də öz təsdiqini tapmamışdır. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-272/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-272/2024
26.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver