Məhkəmə qərarları › İş №3(076)-278/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-278/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-278/2024 03.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış: X1 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxs: X2 iştirakı ilə Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024–cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi “VAZ 21705” markalı 99–UY–546 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə–Şəmkir yolunda hərəkətdə olarkən Göygöl RPŞ–nin DYPX–nin inspektoru X4 onu saxlamışdır. O, polis əməkdaşına heç bir qanun pozuntusuna yol vermədiyini bildirsə də, inspektor “indi bir şey tapacam” –deyərək avtomobilə baxış keçirmiş və işıq farasının lupalı olmasını bildirmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, 150 manat inzibati cərimə edilmişdir. O, polis əməkdaşına heç bir avadanlıq quraşdırmadığını və zavod istehsalı olduğunu bildirsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, onun əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış fiziki şəxs X3 göstərdi ki, xx.xx.2024–cü il tarixdə saat 19:30 radələrində idarə etdiyi “VAZ 21705” markalı 99–UY–546 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə–Şəmkir yolunda hərəkətdə olarkən Göygöl RPŞ–nin DYPX–nin inspektoru X4 onu saxlamış və əlavə işıq effektindən istifadə etməsini bildirmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla 150 manat inzibati cərimə edilmişdir. Hazırda özünü təqsirli hesab etmir. Belə ki, həmin işıqlar hamı tərəfindən istifadə edilir və tənzimlənən işıq cihazıdır. O, hər hansı qanunsuz hərəkətə, habelə inzibati xətaya yol verməmişdir. Hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsinin tərkibi yoxdur və onun tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Belə olan halda, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və inzibati xəta haqqında iş üzrə qərarı əsassız hesab edir. Bu səbəbdən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Göygöl RPŞ–nin DYPX–nin inspektoru X4 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2024–cü il tarixdə Gəncə–Şəmkir yolunda xidmətdə olarkən “VAZ 21705” markalı 99–UY– 546 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün əlavə işıq siqnallarından istifadə etməsini müəyyən etmiş və dərhal sürücünü saxlatmışdır. Adı ona sonradan məlum olan sürücü X3 “X6” Azərbaycan Respublikası Qanununa 1 saylı əlavəsinin 3–cü bəndi ilə qadağan olunmuş xarici işıq cihazlarından istifadə etdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla 150 manat inzibati cərimə edilmişdir. Belə ki, avtomobilə quraşdırılmış həmin xarici işıq cihazları hərəkətə maneçilik törətməklə, sürücünün özü tərəfindən əlavə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla protokol tərtib edilmişdir. Bu səbəbdən xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 xx.xx.2024–cü il tarixdə idarə etdiyi “VAZ 21705” markalı 99–UY–546 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə– Şəmkir yolunda hərəkətdə olarkən avtomobilə əlavə avadanlıq quraşdırmış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmiş və o, 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmçinin, məhkəmə tərəfindən işə əlavə edilmiş CD diskə baxış keçirilmiş və X1 həqiqətən xx.xx.2024–cü il tarixdə idarə etdiyi “VAZ 21705” markalı 99– UY–546 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə–Şəmkir yolunda hərəkətdə olarkən avtomobilə əlavə işıq avadanlığı quraşdırması öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “X6” Azərbaycan Respublikası Qanununa 1 saylı əlavədə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların Siyahısı müəyyən edilmiş və həmin Əlavənin 3–cü bəndinə əsasən xarici işıq cihazları nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq kimi müəyyən edilmişdir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununa 1 saylı əlavənin 3–cü bəndinə əsasən; Xarici işıq cihazları: 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. 2) Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda. 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda. 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə. 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda. 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in Göygöl RPŞ–nin DYPX–nin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2–ci maddəsi ilə xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar