Məhkəmə qərarları › İş №3(076)-279/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-279/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-279/2023 23.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: X2 iştirakı ilə xx.xx.1986-cı ildə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində aнадан олмуш, Азярбайжан Республикасы вятяндашы, orta təhsilli, işsiz, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxsnnu Азярбайжан Республикасы Иnzibati Хətalar Мəcəlləsinин 510 və 535.1-ci маддяlərи иля nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola aaçıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokola əsasən Şəxs оьлу 22 fevral 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir RPŞ-nin X6 inzibati binasının qarşısında ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs оьлу özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, 22 fevral 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir RPŞ-nin X6 əməkdaşları kənddə baş vermiş ölüm hadisəsi ilə əlaqədar izahat vermək üçün onu bölməyə gətirmişlər. Bu səbəbdən X6 inzibati binasının qarşısında əsəbiləşmiş, təzyiqi qalxmış və “məni niyə buraya gətirmisiz ?”- deyərək ucadan nalayiq söyüşlər söymüşdür. Həmin vaxt əsəbiləşib səs-küy salsa da, polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Bununla belə ictimai qaydanı pozaraq səsküy salması ilə bağlı hərəkətlərindən səmimi peşmandır. Odur ki, izahatında göstərilənlərin nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin X6 sahə polis nəfəridir. 22 fevral 2023-cü il tarixdə saat 21 radələrində Şəxs оьлу kənddə baş vermiş ölüm hadisəsi ilə əlaqədar izahat vermək üçün bölməyə gətirilmişdir. Lakin Şəxs оьлу X6 inzibati binasının qarşısında “məni niyə buraya gətirmisiz ?”- deyərək ucadan ünvansız nalayiq söyüşlər söymüş, onlar da Şəxs bölməyə salmışlar. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, onun əməlində Azərbaycan Respublikası ИХМ-ин 510-cu maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, Şəxs qismən etirafı ilə yanaşı, iş materialları ilə də müəyyən olunur ki, o, Şəmkir RPŞ-nin X6 inzibati binasının qarşısında səs-küy salaraq ucadan ifadə olunmuş söyüşlər etməklə cəmiyyətdə bərqərar olunmuş ictimai və əxlaq qaydalarını pozan, ictimai münasibətlərə xələl gətirən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Məhkəmə iclasında Şəxs 22 fevral 2023-cü il tarixdə saat 21 radələrində Şəmkir RPŞ-nin X6 inzibati binasının qarşısında ucadan səs-küy salaraq nalayiq söyüşlər söyməsi tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-in 535.1-ci maddələri ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə– əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs 22 fevral 2023-жü ил тарихдян saat 21:00-dan inzibati qaydada tutulduğundan, həbsə alınmanın əvvəli də həmin tarixdən hesablanmalıdır. Эюстярилянляря ясасян вя Azərbaycan Respublikası ИХМ-нин 40, 43, 48-51, 114, 128-130-cu маддялярини рящбяр тутараг, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Şəmkir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsinə münasibətdə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) эцн мцддятиня инзибати гайдада щябс едилсин. Щябся almanın яввяли 22 fevral 2023-жü ил тарихдян saat 21:00-dan щесаблансын. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar