Məhkəmə qərarları › İş №3(076)-279/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-279/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-279/2024 27.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Şəmkir rayonu, Çənlibel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-141/2021 saylı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2551/2021 saylı və Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı icra sənədləri üzrə yaranmış 760 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Şəxs cəmi 400 manat pulun və 20 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Şəxs cəmi 120 manat pulun və 20 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Həmçinin, Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilərək 200 manat inzibati cərimə edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs hər üç icra sənədi üzrə cəmi 760 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan cəmi 400 manat pulun və 20 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan cəmi 120 manat pulun və 20 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Həmçinin, Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilərək 200 manat inzibati cərimə edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Bununla belə hazırda "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəmiş, "xxxx" MMC-yə olan borcundan 50 manat ödəmiş, qalan borcunu, habelə 200 manat inzibati cəriməni isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir Tələbkar "xxxx" MMC-yə və "xxxx" MMC-yə icra məmuru tərəfindən zəng edilərək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs cəmi 400 manat pulun və 20 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs cəmi 120 manat pulun və 20 manat dövlət rüsumunun alınıb iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İşdə olan Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirləndirilərək 200 manat inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-141/2021 saylı, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2551/2021 saylı və Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli TP ******* saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs "xxxx" MMC-nin hesabına 420 manat pul ödəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs "xxxx" MMC-nin hesabına 50 manat pul ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə "xxxx" MMC-yə olan borcunu tam şəkildə ödəmiş, "xxxx" MMC-yə olan borcundan 50 manat ödəmiş, qalan borcunu, habelə 200 manat inzibati cəriməni isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar