Məhkəmə qərarları › İş №3(076)-285/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-285/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-285/2023 27.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X1 iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-305/2020 saylı qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs qanuni istifadəsində olan, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən torpaq sahəsindən dəmir və platsmas boru ilə keçən su xəttinin qarşısına cavabdehlər X6 və Şəxs tərəfindən qoyulan manelər aradan qaldırılması və həmin su xətti ilə axan suyun cavabdehlər X2 və Şəxs Əmirslan oğlunun istifadələrində olan torpaq sahəsindən təbii yolla kompensasiyasız axımı təmin edilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş göndərilmişdir. Borclunun barəsində Azərbaycan Respublikası XM-nin 528.1-ci maddəsi protokol tərtib edildikdən sonra, məhkəmə tərəfindən verilmiş vaxt ərzində borclu icra sənədini tam icra etmiş, borclu tərəfindən su arxına qoyulmuş kırant açılaraq götürülmüş, icra sənədi icra edilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, o su kırantını bağlamasa həyətini su basır. O kırantı özü qoymuşdur. Bir dəfə 09 martda o kırantı sökmüş və icra işinin icrasını təmin etmişdir. Lakin sonrada evinə və həyətinə su yığıldığı üçün yenidən kırant qoymuşdur. Hazırda onun tərəfindən qoyulmuş kırantı çıxarıb, suyun maneəsiz axınını təmin etmiş və icra sənədini icra etmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, məhkəmə tərəfindən vaxt verildikdən sonra suyun sərbəst axını təmin olunmuş, borclu tərəfindən qoyulmuş su kırantı açılaraq götürülmüş, icra sənədi icra edilmişdir. Odur ki, borclu barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra məmurunu, tələbkarı dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-305/2020 saylı qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs qanuni istifadəsində olan, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən torpaq sahəsindən dəmir və platsmas boru ilə keçən su xəttinin qarşısına cavabdehlər X6 və Şəxs tərəfindən qoyulan manelər aradan qaldırılması və həmin su xətti ilə axan suyun cavabdehlər X2 və Şəxs Əmirslan oğlunun istifadələrində olan torpaq sahəsindən təbii yolla kompensasiyasız axımı təmin edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-305/2020 saylı icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-305/2020 saylı icra sənədini tam icra etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Tərəflərin izahatları ilə müəyyən olunur, borclu icra sənədini tam icra etmişdir. Beləliklə, işin qeyd olunan hallarını və tərəflərin izahatlarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar