Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-291/2024 29.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X7 Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəisi Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən, Bakı şəhəri Nərimanov R.Pəhlivan küçəsi ev 6 qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin vəzifəli şəxsi, rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin vəzifəli şəxsi, rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-368/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəmkir şəhəri E.Hüseynov küçəsində yerləşən 52 saylı evin qanun üzrə vərəsəlik şəhadətnamələrinə uyğun olaraq 3-17-dən 3-29 daxil olmaqla otaqlar və ünvan 1 ünvanda yerləşən 0.25 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Borclu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin vəzifəli şəxsi, rəisi Şəxs icra sənədinin icrasını təmin etməmiş və bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin vəzifəli şəxsi, rəisi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Gəncə İnzibati Məhkəmənin e-2-1(114)-368/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədin icrası ilə bağlı icra sənədində göstərilən daşınmaz əmlak üzərində tələbkarın adına daşınmaz əmlakın texniki pasportu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazırlanması üçün tərəfindən lazimi göstərişlər verilmiş, daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun tələbinə uyğun ölçü işləri aparılması üçün onun tərəfindən təyin edilmiş mütəxəssiz qeyd edilən əmlaka baxış keçirməsi üçün Şəmkir şəhəri, E.Hüseynov küçəsində yerləşən sözügedən fərdi yaşayış evinə gedilmiş, lakin tələbkarla birlikdə həmin evdə yaşayan digər şəxslər tərəfindən mütəxəssiz tərəfindən ölkü işlərinin aparılmasına maneə yaradılmış və bu səbəbdən icra sənədi onlardan aslı olmayan səbəblərdən icra edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən vaxt verildikdən sonra tələbkarın və 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən təkrar qeyd edilən əmlaka baxış keçirilərək ölçü işlərinin aparılması üçün gedilmiş, tələbkarla birlikdə həmin mülkdə yaşayan digər şəxslər tərəfindən təkrarən mütəxəssis tərəfindən ölçü işlərinin aparılmasına mübahisə salınmaqla maneə yaradılmış və icazə verilməmişdir. Bu səbəbdən icra sənədi onlardan aslı olmayan səbəblərdən icra edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmədən barəsindən başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəncə İnzibati Məhkəmənin e-2-1(114)-368/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Şəmkir şəhəri, E.Hüseynov küçəsində yerləşən sözügedən fərdi yaşayış evinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri ölçü işləri aparması üçün getmiş, lakin onların işinə maneə yaradılması əsası ilə onun adına məhkəmə qərarı ilə təsdiqlənmiş mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsi təmin edilməmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra onun və 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən təkrar sözügedən fərdi yaşayış evinə baxış keçirilərək ölçü işlərinin aparılması üçün getmişlər, onun birlikdə həmin mülkdə yaşayan X1 onun əmisi oğlu təkrarən 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən ölçü işlərinin aparılmasına mübahisə salmaqla maneə yaratmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-368/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəmkir şəhəri E.Hüseynov küçəsində yerləşən 52 saylı evin qanun üzrə vərəsəlik şəhadətnamələrinə uyğun olaraq 3-17-dən 3- 29 daxil olmaqla otaqlar və ünvan 1 ünvanda yerləşən 0.25 ha torpaq sahəsinin 1/3 hissəsi üzərində Zərərçəkmiş şəxs mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi İdarəsinə həvalə edilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixli qərarla icra məmuru Ayaz Hüseynov tərəfindən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları ilə və məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin vəzifəli şəxsi, rəisi Şəxs Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)- 368/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssislərini qeyd olunan daşınmaz əmlaka baxış keçirilərək ölçü işləri aparılaraq mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsi üçün dəfələrlə göndərilmiş, buna baxmayaraq tələbkarla birlikdə həmin mülkdə yaşayan qohumları tərəfindən mübahisə yardılmaqla mütəxəssisin öz işini görməsinə maneə yaradılması səbəbindən icra sənədinin icrası Şəxs aslı olmayan səbəblərdən mümkün olmamışdır. İcra haqqında Qanunun 8.2-ci maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) yazılı məlumat verir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin vəzifəli şəxsi, rəisi Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-291/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-291/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver