Məhkəmə qərarları › İş №3(076)-292/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-292/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-292/2023 28.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş şəxs Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin MSY-də nalayiq söyüşlər söyərək səs küy salmışdır. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi X8 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs barəsində əvvəlcədə İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmiş və 6 gün inzibati qaydada tutulmuşdur. Hazırda isə yenidən eyni əməli xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin müvafiq saxlama yerində etmişdir. Belə ki, Şəxs Şəmkir RPŞ-nin MSY-də ucadan söyüş söymüş və nəlayiq sözlər işlətmiş, səs küy salmış, divar və qapını təpikləmiş, digər şəxlərin narahatçılığına səbəb olmuş və iş rejimini pozmuşdur. Buna görə də Şəxs barəsində İXM 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Onundur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs İXM 510-cu maddəsi ilə inzibati xətanı törətdiyini etiraf edərək ifadəsində bildirdi ki, o özünü təqsirli bilir. xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin müvafiq saxlama yerində əsəbi və fikirli olduğundan öz həkətlərinə sahiblik edəbilməmiş, nəlayiq sözlər işlətmiş, divar və qapını təpikləyərək səs küy salmışdır. O fikirli olduğu üçün bilmədən söyünc işlətmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerinin rəisi, polis baş leytinantı X6 ifadəsində göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-nin müvəqqəti saxlama yerində kamerada olarkən uca səslə söyünc söymüş, saxlama kamerasının qapısını döymüş, sonra qapını və divarları təpikləmiş və ucadan ünvansız söyünclər işlətmişdir. Həmin vaxt müvəqqəti saxlama yerində olan şəxslərin narahatçılığına səbəb olmuş, polisin iş rejimini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin polis nəfəri, polis serjantı X5, şahid X1 ifadəsinə uyğun ifadə verərək, göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 06 (altı) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə baxışı zamanı Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi və beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı və barəsində tərtib edilmiş material ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın yenidən törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Şəxs törətdiyi inzibаti xətаnın xаrаkterini nəzərə аlаrаq məhkəmə hesаb edir ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. Оdur ki, məhkəmə törədilmiş inzibаti xətаnın xаrаkterini, bаrəsində inzibаti xətа hаqqındа iş üzrə icrааt аpаrılаn şəxsin şəxsiyyətini və işin digər hаllаrını nəzərə аlаrаq Şəxs оğlunun Аzərbаycаn Respublikаsı İXM-in 510-cu mаddəsi ilə təqsirli bilərək həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulan inzibаti həbs növündə tənbeh edilməsini məqsədə müvаfiq hesаb edir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməlidır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərаrın icrаsı Şəmkir RPŞ-nin X7 həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən.Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar