Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-295/2023 01.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-in sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X9 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Arıqıran kəndində qeydiyyatda olan Şəmkir rayonu, Kraz Yolunda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-in sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat Şəmkir rayonu, Yeni Həyət kəndində yaşayan X10 məxsus torpaq sahəsindən 5 ədəd şam və 1 ədəd qovaq ağaclarını talamış, 450 manat maddi ziyan vurulmuşdur. Bununla da Şəxs tərəfindən İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları müdafiə edən Şəmkir RPŞ-in sahə rəisi, polis kapitanı X2 bildirdi ki, zərərçəkmiş şəxs X9 açıq sahədə yolun kənarında torpaq sahəsi vardır. Kəmalə xx.xx.2023-cü il tarixdə məlumat verərək ona məxsus torpaq sahəsində ona məxsus ağacların talanmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları müəyyən etmişlər ki, Şəxs zərərçəkmiş şəxs X10 məxsus ağacları gizli yolla kəsərək talamış və 450 manat maddi ziyan vurmuşdur. Qeyd olunan inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında bildirdi ki, onun uşaqlarına soyuq olduğu üçün ağacları kəsib aparıb evində yandırmışdır. O ağacları tək kəsmişdir. O, 5 şam və 1 qovaq ağacı olmaqla cəmi 6 ağac kəsmişdir. O, ağacları 2 gün ərzində kəsmiş və özünə məxsus muraveylə yaşadığı evində aparmışdır. O hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X10 vurulmuş maddi ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır. Buna görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və inzibati məsuliyyətdən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 məhkəməyə ərizə təqdim edərək, onun Şəmkir rayonu, Yeni Həyat kəndində 0.90 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini aldıqda orada illər öncə əklimiş müxtəlif növ ağaclar olmuşdur. O, sonuncu dəfə 2022-ci ilin dekabr ayının əvələrində özünə məxsus torpaq sahəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində özünə məxsus torpaq sahəsində olan zaman 30-35 illik 6 ədəd şam ağaclarının naməlum şəxs tərəfindən kəsilərək oğurlanadığını aşkar etmiş və bu səbəbdən o DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Ona məxsus torpaq sahəsindən 5 ədəd şam və 1 ədəd qovaq ağacı olmaqla cəmi 6 ədəd ağacını kəsilmişdir. Hazırda ona dəymiş maddi ziyanı Şəxs tərəfindən tam şəkildə ödənildiyi üçün aralarında barışıq əldə olunmuşdur, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X9 ona məxsus ağacların kəsilməsi barədə müraciəti əsasında tərəflərindən araşdırma aparılmış, onlar Post Patrul avtomobili ilə ərazidə olarkən Kəmalə xanımın ərazisinin yaxınlığında bir şəxsin 3 təkərli muraveylə ağac topladığını görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər və nə etdiyini soruşduqda Ariz bildirmişdir ki, o ağac kəsir və evinə yandırmaq üçün aparır. Onlar onu Şəmkir RPŞ-nə dəvət etmişlər və polis şöbəsinə aparmışlar. Şöbədə olarkən məlum olmuşdur ki, Şəxs zərərçəkmiş şəxs X10 məxsus torpaq sahəsində olan 5 ədəd şam və 1 ədəd qovaq ağacı olmaqla cəmi 6 ədəd ağacı kəsmiş və yaşadığı evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində şahid X4 ifadəsində göstərdiyi dəlilləri bir daha təsdiq edərək, oxşar ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən şəxsiyyəti araşdırmaya məlum olmayan şəxsin(şəxslərin) əməlində(əməllərində) AR CM-nin 177 və 259-cu maddənin tərkibi olmadığından barəsində (barələrində) cinayət işinin başlanmasının rədd edilməsi, şəxsiyyəti araşdırmaya məlum olmayan şəxs (şəxslər) Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verdiyi (verdikləri) üçün onun (onların) müəyyən edilib barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin İTB-nə və CAB-nə göndərilməsi, qərarın surəti X10 göndərilməklə ona cinayət işi başlanılması rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata prokurora, yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək hüququnun olması izah edilməsi, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahid ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.10-cu maddəsinə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və onunla barışmasını, eləcə də İXM-in yuxarıda istinad olunan imperativ xarakterli normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-in 53.0.10-cu maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-295/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-295/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver