Məhkəmə qərarları › İş №3(076)-3/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-3/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-3/2023 09.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: X1 iştirakı ilə xx.xx.1981-ci илдя Şəmkir rayonunda анадан олмуш, Азярбайжан Республикасы вятяндашы, orta тящсилли, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs оьлунун Азярбайжан Республикасы Иnzibati Хətalar Мəcəlləsinin 528.1-ci маддяsи иля nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala ачыг мящкямя ижласында бахараг MÜƏYYƏN ETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-1873/2018 saylı icra sənədi üzrə yaranmış 12.000 ABŞ dolları məbləğində borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Буnunla da, Şəxs оьлу Аzərbaycan Рespublikası Иnzibati Хətalar Мəcəlləsinin 528.1-ci маддяsində нязярдя тутулан инзибати хятаны тюрятмишдир. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Şəxs 12.000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda Şəxs icra sənədi üzrə 12.000 ABŞ dolları və 30 manat məbləğində borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs оьлу izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan 12.000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, məhkəmədə işə onun iştirakı olmadan baxılmış, habelə onun qeyd olunan qətnamədən məlumatı olmamışdır. Eləcə də, icra məmuru onun ünvanına bildiriş göndərsə də, o, həmin bildirişləri almamışdır. Çünki həmin vaxt o, Rusiya Federasiyasında olmuş, yalnız Azərbaycana gələrkən hava limanında saxlanılmışdır. Məhz bundan sonra onun məhkəmə qətnaməsindən məlumatı olmuşdur. Hesab edir ki, onun məhkəmə qətnaməsindən məlumatı olmadığından barəsində tərtib edilmiş protokol əsassızdır. Hazırda protokolun dəlillərini qəbul etmir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə teleqram ünvanlayaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)- 1873/2018 saylı icra vərəqəsindən görünür ki, Şəxs оьлуndan 12.000 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə bарясиндя инзибати иъраат апарылан Şəxs, щямчинин Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun изащатларыnı, тядгиг едилмиш диэяр сцбутлары айры-айрылыгда вя мяъму щалында тящлил едяряк инзибати хята тюрятмиш Şəxs мящкямя иъласында borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını мясулиййятдян йаха гуртармаг мягсяди иля верилмиш изащат олмасы гянаятиня эялir vя inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs Rusiya Federasiyasında olmasını, bu səbəbdən məhkəmə qətnaməsindən məlumatı olmamasını bildirsə də, məhkəmə həmin halı qəbul etmir. Belə ki, xx.xx.2022-ci il tarixdə hazırki inzibati xəta haqqında protokola məhkəmə iclasında baxılarkən Şəxs tələbkara ödəniş etmək üçün vaxt istəmiş, bu səbəbdən məhkəmə iclası xx.xx.2022-ci il tarixə, daha sonra isə xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bu hal isə ona dəlalət edir ki, kifayət qədər vaxtı olmasına baxmayaraq, Şəxs tələbkara olan borcundan ödəniş və ya onunla razılıq əldə etməmişdir. Hazırda isə məhkəmə Şəxs izahatını özünümüdafiə və мясулиййятдян йаха гуртармаг мягсяди иля верилмиш изащат kimi qəbul edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 09 yanvar 2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar