Məhkəmə qərarları › İş №3(076)-3/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-3/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-3/2024 19.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)- 5221/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməmiş və borc 864 ABŞ dolları təşkil edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunda nəzərdə tutulmuş qaydada çağırılmış, habelə onun məhkəmə iclasına gətirilməsi barədə qərar qəbul edilmiş, bundan əlavə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri tədbirlər görülmüş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin olduğu yer müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs olduğu yer müəyyən edilənədək, yəni bir ildən artıq olmayan müddətə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmasını məqsədə müvafiq hesab etmişdir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraat, Şəxs olduğu yer müəyyən edilənədək bir ildən artıq olmayan müddətə dayandırılmışdır. Hazırda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 104.8-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə dayandırılmış icraata xitam verilir. Göründüyü kimi hazırki iş üzrə icraat xx.xx.2023-cü il tarixli qərardadla dayandırılmış və həmin vaxtan artıq 1 il müddət keçmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM–nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 104.8-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar