Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-30/2025 10.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədrliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyada olan və yaşayan Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə baxılması üçün xx.xx.2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsindən xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə daxil olmuş 2(076)-2538/2020 saylı və 2(076)-1504/2022 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Hazırda qalıq aliment borcu 300 manat və digər qızıl-zinyət əşyakarına görə icra sənədi üzrə borcu 1515 manat təşkil edir. Belə ki, borclu Şəxs əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildirişlər ona təqdim edilmişdir. Hər ay 140 manat aliment ödənişi, 60 manat isə qızıl-zinyət əşyalarına görə icra sənədi üzrə ödəmək öhdəliyi vardır. Rəsmi iş yeri yoxdur, hazırda maddi cəhətdən çətinlik çəkir, həmçinin, o hazırki vaxtadək mütəmadi olaraq borcunu vaxtında ödəmişdir, belə ki, aliment üzrə son ödənişi dekabr ayında 170 manat məbləğində etmişdir, 09 yanvar 2025-ci il tarixdə qızıl-zinyət əşyaları ilə bağlı icra sənədi üzrə borcundan 50 manat ödədiyini bildirmişdir. Əvvəllər zərərçəkmiş şəxslə qızın zinyət əşyalarına dair icra sənədinin hissə, yəni hər ay 60 manat olmaqla ödəyəcəyinə dair razılaşmaya gəlmişlər. Aliment üzrə isə növbəti ödənişi yanvar ayının sonunda edəcəkdir. Hazırda maddi imkanı aşağı olduğundan borcunu birdəfəyə ödəyə bilmir. İki-üç gün ərzində borca pul tapıb aliment borcunu bağlaya bilər, lakin qızıl-zinyət əşyalarına görə borcunu, yəni 1515 manat məbləği birdəfəyə ödəmək iqtidarında deyil. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında bildirdi ki, Şəxs əvvəllər mütəmadi olaraq borcundan ödənişlər edib sonuncu dəfə 2024-cü ilin dekabr ayında alimentə görə 170 manat ödəniş etmişdir, lakin, hazırda aralıqda yaranan fərqlərə görə 300 manat aliment borcu, 1515 manat isə qızıl-zinyət əşyaları üzrə borcu vardır. Qızıl zinyət əşyaları üzrə icra sənədinə görə borclu ilə razılığa gəlmişlər ki, hər ay 60 manat ödəniş edəcəkdir, lakin borclu bu ay, yəni 09 yanvar 2025-ci il tarixdə qızıl-zinyət əşyalarına görə 50 manat ödəniş etmişdir. Bu da onun üçün kifayət deyil, borclu ən azı 60 manat ödəməliydi. Hazırda aliment borcunun tamamilə bağlanmasını tələb edir, həmçinin 1515 manat qızıl-zinyət əşyalara görə olan tələbinin birdəfəyə bağlamasını borcludan tələb edir, borclunun hissə-hissə ödənişi onu qane etmir. Məhkəmə proses iştirakçlarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, borclu Şəxs tərəfindən Şəmkir Rayon Məhkəməsindən 2(076)- 2538/2020 saylı və 2(076)-1504/2022 saylı icra sənədləri üzrə alimentin və digər borcun ödənilməsi ilə bağlı hərəkətlər edilir, onun tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2538/2020 saylı icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1504/2022 saylı icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2538/2020 nömrəli və 2(076)-2538/2020 nömrəli icra sənədləri üzrə, 10 mart 2023-cü il tarixdə ümumi icraaata birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, hazırda qalıq borc aliment üzrə 300 manat və qızıl tələbi üzrə 1515 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışın surətindən görünür ki, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs icra sənədləri üzrə mütəmadi olaraq ödənişlər etmişdir. Həmçinin, iş materiallarının məhkəmə iclasında tədqiqi zamanı görünür ki, borclu Şəxs icra sənədi üzrə, tələbkara hər iki icra sənədləri üzrə müəyyən edilmiş borcunu müntəzəm olaraq ödəyir, eləcə də sonuncu dəfə məhkəmə iclasından bir gün əvvəl borcundan 50 ( əlli) manat məbləğində ödəniş həyata keçirmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, Şəxs mütəmadi olaraq borcundan ödənişini həyata keçirir, hazırda isə qalan borcundan bir miqdar ödəmiş, maddi vəziyyətinə görə borcunu tam şəkildə ödəyə bilməmiş, zərərçəkmiş şəxsə qısa müddətdə borcundan əlavə olaraq bir miqdar ödəməyi təklif etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-30/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-30/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver