Məhkəmə qərarları › İş №3(076)-300/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-300/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-300/2023 02.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu Bayramlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir ona görə ki, Şəxs Şəmkir rayon Мəhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)- 676/2022 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş və həmin inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində yenidən, Şəmkir rayon Мəhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-2519/2019 saylı icra sənədinin icrasını həyata keçirən Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini təkrar yerinə yetirməyərək yığılmış 2530 manat aliment borcunu ödəməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayon Мəhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-2519/2019 saylı icra sənədində 30 noyabr 2015-ci ildə doğulmuş Gülarə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-1578/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 100 (bir yüz) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə 110 (bir yüz on) manat məbləğində müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq cavabdeh Şəxs tutularaq iddiaçı X2 verilməsi göstərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməkdən imtina etmişdir. Hətta qeyd olunan icra sənədini icra etməkdən imtina etdiyinə görə Şəmkir rayon Мəhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)-676/2022 saylı qərarı ilə 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin bundan nəticə çıxarmayaraq yenidən icra sənədini icra etməmiş və bundan boyun qaçırmışdır. Qeyd edir ki, Şəxs hazırda axtarışla gətirilmişdir. Оna görə də Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdimat verilmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, o, borcunun olduğundan məlumatlıdır. Heç bir yerdə işləmir və maddi imkanı yoxdur, ona görə də ödəniş edə bilmir. Özü ikinci dəfə ailə qurmuşdur və öz ailəsinin tələbatlarını ödəməkdə çətinlik çəkir. O, bir il bundan əvvəl 200 manat ödəniş edə bilmişdir. Aliment borcundan iyun ayında ödəniş edə biləcək. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs (tələbkar) X1 ərizəsindən görünür ki, Nərminə Əhmədova borclu Şəxs borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Şəmkir rayon Мəhkəməsinin xx.xx.2022-ci il tarixli 3(076)- 676/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün və icra məmurunun izahatları ilə yanaşı, zərərçəkmiş şəxsin (tələbkarın) ərizəsi və işdə olan sənədlərlə tam təsdiq edilmişdir. İş materiallarından görünür ki, Şəxs məhkəmə qətnaməsi üzrə borcunu ödəməkdən qərəzli olaraq yayınmaqla il ərzində eyni icra sənədini təkrarən icra etməkdən yayınır və məhkəmə, Şəxs borcunu maddi imkanı olmadığı üçün ödəməməsi kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətməsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1 (bir) ay 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli 02 mart 2023-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar