Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-304/2025 04.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə Azərbaycan Respublikası DİN–in BDYPİ–nin vəzifəli şəxsinin fiziki şəxs X1 barəsində olan inzibati xəta haqqında işə yenidən baxılmasına dair, xx.xx.2025–ci il tarixli 16/1-7349 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Fiziki şəxs X3 DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23978404 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 DİN BDYPİ-nin EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(076)-1213/2024 saylı qərarı ilə, X1 barəsində DİN BDYPİ-nin EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün DİN BDYPİ-nin səlahiyyətli vəzifəli şəxsinə göndərilmişdir. Həmçinin, DİN BDYPİ-nin vəzifəli şəxsinin işin yenidən araşdırılması barədə, xx.xx.2025–ci il tarixli 16/1-7349 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Hazırda, barəsində qərar çıxarılmış fiziki şəxs X3 DİN BDYPİ-nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli 16/1-7349 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayəti edərək və şikayətini əsaslandıraraq göstərir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Ona məxsus "X5 Rover Minik" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə 04 oktyabr 2024-cü il tarixdə Qazax-Gürcüstan yolunun 336-cı kilometrliyində hərəkətdə olarkən o guya sürət həddini aşmağına görə Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə (yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat həddində aşmağa görə) inzibati məsuliyyətə cəlb edilərək, EQ 23978404 saylı, xx.xx.2024-cü il tarixli qərarla 300 manat məbləğində inzibati cərimə edilmişdir. O, həmin qərardan narazı olduğu üçün qərardan Şəmkir Rayon Məhkəməsinə şikayət vermişdir. Şəmkir Rayon Məhkəməsinin 27 dekabr 2024-cü tarixli qərarı ilə onun verdiyi şikayət təmin edilərək, DİNin BDYPİ-nin EQ 23978404 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin səlahiytəli vəzifəli şəxsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik- leytenantı Pərvin Səfərəliyevin 16/1-7349 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə o yenidən Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarı da qanunsuz və əsassız hesab edir. Belə ki, o avtomobilini Qanunvericilikdə nəzərdə tutulmuş sürət həddində Bakı-Qazax yolunun 336-cı kilometrliyi ilə idarə etmişdir. Bu zaman orada stasionar radar mövcud olmuşdur. Necə olar ki, onun avtomobili sürət həddini aşmaqla idarə etməyi həmin stasionar radarla qeydə alınmamış, amma həmin kilometrlikdə patrul xidmətinin avtomobili vasitəsilə çəkilmiş görüntülərdə sürət hədini aşmağı qeydə alınmışdır. Əgər onun idarə etdiyi avtomobil sürət həddini aşmış olsaydı həmin stasionar radar vasitəsilə də görüntülənmiş olar idi. Lakin, belə bir hal olmamışdır. Barəsində olan 16/1-7349 saylı, xx.xx.2025-ci il tarixli qərarı yuxarıda qeyd etdiyi hallara görə əsassız və qanunsuz hesab edir. Qərarı barəsində şikayət verilmiş DİN BDYPİ-nə və barəsində qərar çıxarılmış fiziki şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, X3 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir, DİN BDYPİ isə nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə DİN BDYPİ-nin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan EQ 23978404 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında elektron qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan EQ 23978404 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında elektron qərara əlavə edilmiş P112200301 nömrəli, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə olan kameradan çıxarılmış fotodan görünür ki, məxsus "X5 Rover Minik" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil, 04 oktyabr 2024-cü il tarixdə, saat 19:08:50-də, Qazax-Gürcüstan yolunun 336-cı kilometrliyində hərəkətdə olarkən sürət həddini, faktiki sürəti 138 km/saat olmaqla, 61 km/saat və ya ondan yuxarı həddə aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, X3 ona məxsus "X5 Rover Minik" markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 19:08 radələrində Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 336 km. hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı EQ 23978404 saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4–cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan birini qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYPİ-nin X1 barəsində olan inzibati xəta haqqında işə yenidən baxılmasına dair, xx.xx.2025–ci il tarixli 16/1-7349 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli 16/1-7349 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYPİ-nin, vəzifəli şəxsinin xx.xx.2025–ci il tarixli 16/1-7349 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-304/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-304/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver