Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-305/2023 03.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin X9 sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X2, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Şəmkir rayon X11 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 10-xx.xx.2023–cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdlə döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Şəmkir RPŞ-nin X9 sahə rəisi polis kapitanı X3 tərəfindən xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında haqqında protokol tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin X9 sahə rəisi polis kapitanı X3 izahatında bildirdi ki, Şəxs 10-xx.xx.2023–cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs ona istinad olunmuş inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, zərərçəkmiş şəxs X5 onun həyat yoldaşıdır, aralarında normal münasibətlər vardır. Qeyd etmişdir ki, 2020-ci ildə Şəmkir rayonu, Sabirkənd kəndində yaşayan X5 ilə ailə həyatı qurmuş, birgə nigahdan bir övladları vardır. Son vaxtları həyat yoldaşı Mələk ilə aralarında olan münasibətlər pisləşmişdir. Ona görə də, aralarında tez-tez narazılıqlar olub. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, sabirkənd kəndində yaşadıqları evdə yatan zaman həyat yoldaşı Mələk ondan icazəsiz onun mobil telefonunun kilidini açmaq istədiyini görmüşdür. O, yuxudan oyanaraq Mələyə onun mobil telefonunu icazəsiz götürdüyü üçün irad bildirmiş və aralarında mübahisə olmuşdur. Mübahisə zamanı o, əsəbləşərək Mələyin üzünə bir dəfə şillə vurmuş, sonra mübahisələri dayanmış və o, yatmışdır. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evdə Mələk ilə birlikdə övladları xəstə olduğu üçün dərman içizdirən zaman dərman uşağın gənziyinə sıçraması səbəbindən o və atası Fazil Vəliyev, Mələyə ehtiyatlı olmağını bildirmişlər. Bu zaman Mələk övladlarına qarşı xoşagəlməz sözlər işlətmişdir. Daha sonra atası Fazilə qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman o, əsəbləşərək Mələyin üzərinə getmiş və bir dəfə şillə ilə üzünə vurmuşdur. Daha sonra Mələk övladlarını divanın üzərinə qoyaraq öz ata evinə getmişdir. Törətmiş olduğu əməldən peşmandır, inzibati xəta üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır. Bu halların nəzərə alınmasını və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək bildirdi ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs onun əridir. Təxminən 2-3 ildir evlidirlər. Bir övladları vardır. Sabirkənd kəndində yerləşən fərdi yaşayış evində əri Emin, qayantası Fazil və qaynanası Rəxşandə ilə birlikdə yaşayır. Onlar evləndikləri zamanlarda ilk əvvəllər yaxşı yola gedirmişlər. Daha sonralar onların mübahisələri tez-tez olması səbəbindən aralarında mübahisələr baş verirmiş. O, artıq bezmişdir hər şeydən. Əri Emin onu dayanmadan təhqir edərək onu alçaldırmış. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əri Emin evdə olan zaman övladı xəstə olması səbəbindən ağlamış və bu səbəbdəndə onun üzərinə gəlib onunla mübahisəyə başlamışdır. Mübahsiə zamanı Emin onu əli ilə vurmuşdur. Onu Emin vurduqdan sonra onlar birazda sözlə mübahisə edib daha sonra yatmışlar. Mübahsilərinin səhərsi günü xx.xx.2023-cü il tarixdə evilərində olan zaman övladı Mustafa Vəliyev öskürməsi səbəbindən əri Eminə dərman alıb gətirməsini bildirmişdir. Emin dərman alıb gətirmişdir. Bu zamna o, dərmanı övladı Mustafaya içirdən zaman dərman onun gənzik nahiyəsinə sıçraması səbəbindən Mustafa öyüyüyərək dərmanı qaytarmışdır. Bu zaman Emin onu təhqir edərək onun üzərinə gələrək əli ilə üz nahiyəsinə şillə vurmuşdur. Həmin vaxt o, qaynatası Fazilə niyə oğlun Eminə heç bir söz demirsən onu vurduğunu görürsən lakin sakit durursan demişdir. Həmin vaxt qaynatası Fazil onunla mübahisə edib ona yumruq qıcamış ki, rədd ol evdən get sən kimin qızı olduğunu unutmusan bu cür sözlər demiş və onun tutub evdən qovmuşdur. O, həmin evdən ağlaya-ağlaya atası evinə gəlmişdir. Evlərində olan zaman atasına əri Eminin onu vurduğunu bildirmişdir. Atası bu zaman DİNnin 102 xidmətinə zəng edərək bu haqda məlumat vermişdir. Hazırda o, Şəxs ilə barışdığından, Şəxs qarşı hər hansı şikayət və tələbinin olmamasının nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o hadisəni görməmişdir. Qızı ağlaya-ağlaya yaşadığı evə gəlməsini görmüş və hadisənin baş vermə səbəblərini qızından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Mələk onların evində gəlindir. Mələk onun həmkəndlisinin qızı olması səbəbindən onu gəlini kimi evinə gətirib oğlu Şəxs ilə evləndirmişdir. Onların bir övladları vardır. Mələk evlərində olan zaman tez-tez nəvəsinə baxmaması səbəbindən aralarında mübahisələr baş verir, bu səbəbdən o, onu danlamışdır. xx.xx.2023-cü il tarixdə nəvəsi xsətələnməsi səbəbindən gəlini nəvəsinin boğazına dərmanı düzgün tökməməsi səbəbindən uşaq ağladığı üçün Mələk uşağı vurmuş, o da ona acıqlanmış, bu zaman oğlu Mələyə bir şillə vurmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarının sürətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilərək barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilməsi göstərilmişdir. Odur ki, Şəxs törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olduğundan baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin və şahid ifadəsi və inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cı maddəsi ilə protokollaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu-maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibаti xətаlаr hаqqındа işlər üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 114.2.1-cı mаddəsinə görə, bu Məcəllənin 53-cü mаddəsində nəzərdə tutulmuş hаllаrdаn biri mövcud оlduqdа, inzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаr qəbul edir. İnzibаti xətа hаqqındа işin icrааtınа xitаm verilməsi hаqqındа qərаrın surəti bаrələrində belə qərаr qəbul edilmiş şəxslərə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və zərər çəkmiş şəxslə barışmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta törətmiş şəxsin zərər çəkmiş şəxslə barışması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-305/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-305/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver