Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-309/2024 01.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəmkir Regional Ədliyyə İdarəsinin baş məsləhətçisi X1 tərəfindən Şəmkir rayon Çaparlı Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati protokol trtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati protokol tərtib edilməsinə əsas, Şəmkir rayonu Çaparlı bələdiyyəsinin sədri Şəxs xx.xx.2024-cü il tarixli, 02 saylı iclas protokolunu Şəmkir Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs törətdiyi inzibati xəta aşkar edilmiş və barəsində protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir Regional Ədliyyə İdarəsinə və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlərdir. Məhkəmə işə Şəmkir Regional Ədliyyə İdarəsinin və Şəxs nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Şəmkir rayonu, Çaparlı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02 nömrəli iclas protokolu qanunvericiliyin tələblərinə zidd olaraq vaxtında Şəmkir Regional Ədliyyə idarəsinə təqdim olunmamışdır. İclas protokolunun gecikməsinin səbəbi səhhətində yaranan problemlərlə bağlı olmuşdur. Bununla bağlı bildirir ki, gələcəkdə bu kimi hallara bir daha yol verilməyəcək. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 549.2-ci maddəsində göstərilmiş cərimə növündə inzibati tətbiq edilməsi daha məqsədə müvafiq olmaqla, onun əməlinə adekvat sayıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-309/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-309/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver