Məhkəmə qərarları › İş №3(076)-31/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-31/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-31/2024 29.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələri əsasında tərtib edilmiş 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X4 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, 27 sentyabr 2023–cü il tarixdə idarə etdiyi avtomobillə Bakı-Qazax yolunun 29.5-ci km-də hərəkətdə olarkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və ona nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması bildirilmişdir. Halbuki həmin vaxt onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin müvafiq qərarına xitam verilmişdir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 09 ay müddətinə məhdudlaşdırılmışdır. Bundan sonra o, inzibati cəriməni ödəmiş və inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququnun 09 ay müddətinə məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına xitam verilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi heç bir araşdırma aparmadan əsassız olaraq onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasını əsas tutaraq barəsində inzibati xəta haqqında protokol tərtib etməklə, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, də Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)- 149/2023 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 09 ay müddətinə məhdudlaşdırılmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)- 149/2023 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 09 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-149/2023 saylı qərarına xitam verilmişdir. İşdə olan Şəmkir Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN BDYPİ-nin MİS sistemində X2 barəsində nəqliyyat vasitələrinin idarə edilməsində hər hansı məhdudlaşdırılma aşar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamış, əksinə işin araışdırılmış halları ilə müəyyən edilmişdir ki, X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 09 ay müddətinə məhdudlaşdırılmış, bundan sonra o, inzibati cəriməni ödəmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququnun 09 ay müddətinə məhdudlaşdırılmasına dair məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına xitam verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi 27 sentyabr 2023–cü il tarixdə X2 barəsində inzibati xəta haqqında protokol tərtib edərkən və qərar qəbul edərkən artıq xx.xx.2023-cü il tarixdə şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-149/2023 saylı qərarına xitam verilməsini nəzərə almamışdır. Bu isə onu deməyə əsas verir ki, X4 tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1–ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.3–cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələri ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM–in 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələri ilə təqsirli bilinib 80 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 27 sentyabr 2023–cü il tarixli EQ 17142301 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3–cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar