Məhkəmə qərarları › İş №3(076)-314/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-314/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-314/2024 03.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş ünvan 2kir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə ünvan 2kir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev- 85, mənzil-17 də qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı ünvan 2kir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün ünvan 2kir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında ünvan 2kir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, ünvan 2kir Rayon Məhkəməsinin 16(076)-75/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədinə əsasən iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək, Zərərçəkmiş şəxs məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.9174 ha, ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.8004 ha və ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.8616 ha torpaq sahələrinə cavabdeh Şəxs həmin torpaq daxil olması, sahələrin şumlanması, məhsul becərilməsi və digər hərəkətlərin aparılması müvəqqəti qadağan edilməsi qərara alınmışdır. Daha sonra Tələbkar ərizə ilə İcra Şöbəsinə müraciət etmiş və borclunun qadağan olunmuş əraziyə müdaxilə etdiyini bildirmişdir. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş və bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Əlavə olaraq bildirir ki, tərəflərindən mübahisəli əraziyə baxış keçirilib akt tərtib edilən vaxt həmin torpaq ərazisi əkilmiş və şumlu olmuşdur. Lakin o tam həmin ərazidə nəsə əkilib-əkilmədiyini həmin vaxt bilməmişdir. Tələbkarın ərizəsindən sonra onlar həmin torpaq sahəsində olmamışlar və orada kimin olduğunu görməmişlər, həmçinin inzibati icraat çərçivəsində heç bir araşdırma aparılmamış və mübahisəli torpaq sahəsində olan şəxslərin şəxsiyyətləri və barəsində inzibati xəta haqqında iş üzrə icraat apırlan şəxslə həmin şəxslər arasında nə kimi münasibət olması araşdırılmamışdır. Məhkəmədən protokulun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qeyd olunan mübahisəli ərazidə xx.xx.2024-cü il tarixdə Elxanın qardaşının oğlunun traktorla girməsini görmüş və bundan sonra ərizə ilə ünvan 2kir Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. O ilkin olaraq icra Şöbəsinə gəldikdə şənbə günü olmuş, qeyri iş günü olması səbəbindən icra şöbəsində rəis olmamış, lakin icra məmuru Zaur Aslanov olmuşdur. Mübahisəli ərazidə icra məmurları tərəfindən akt tərtib edilərkən Zaur Aslanov da həmin icra məmurlarından olması səbəbindən bu işdən məlumatlı olmuşdur. Bu səbəbdən o Zaur müəllimə ərazidə traktor olmasını demiş, bundan sonra Zaur müəllim Elxan Əliyəvə həmin məsələ ilə bağlı zəng vurmuşdur. Həmin vaxt o da Zaur müəllimin Elxanla olan söhbətlərini eşitmiş, Elxan ona icranın rəisi Xəyal müəllimin icazə verdiyini demiş, lakin Zaur müəllim belə bir halın ola bilməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, xx.xx.2024-cü il tarixdə mübahisəli torpaq sahəsində Şəxs girməmiş, onun qardaşı oğlu girmişdir, həmin vaxt qeyd olunan ərazidə Elxan olmamışdır. ünvan 2kir Rayon Məhkəməsinin 16(076)-75/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qəbul edilməmişdən əvvəl mübahisəli torpaq sahəsi Şəxs tərəfindən əkilmişdir. İcra məmurları mübahisəli əraziyə gəldikləri vaxt həmin ərazi əkili olmuş və orada əkin olmuşdur. Məhkəmə tərəfindən maniyə qoyulmadan əvvəl həmin torpaq ərazisi Şəxs tərəfindən əkilmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.ünvan 1 ünvanda yaşayır. ünvan 2kir şəhəri ərazisində sahibkarlıq fəalliyəti ilə məşğul olur. Qeyd olunan mübahisəli ərazidə 2023-cü ilin noyabr ayında onun tərəfindən çörəklik buğda əkilmişdir. Həmin tarixdə məhkəmənin həmin ərazi ilə bağlı heç bir qərarı olmamışdır. ünvan 2kir Rayon Məhkəməsinin 16(076)-75/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı qəbul edildikdən sonra o ümumiyyətlə qeyd olunan mübahisəli əraziyə getməmiş və həmin ərazidə heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs ərizəsində göstərdiyi xx.xx.2024-cü il tarixdə o qeyd olunan mübahisəli ərazidə olmamış, ümumiyyətlə həmin tarixdə o Bakı şəhərində olmuşdur. Odur ki, məhkəmədən barəsindən başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ünvan 2kir Rayon Məhkəməsinin 16(076)-75/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddia ərizəsinə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul olunanadək, Zərərçəkmiş şəxs məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.9174 ha, ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.8004 ha və ********** qeydiyyat nömrəli çıxarışla icarəyə verilmiş 2.8616 ha torpaq sahələrinə cavabdeh Şəxs həmin torpaqlara daxil olması, torpaq sahələrinin şumlanması, məhsul becərilməsi və digər hərəkətlərin aparılması müvəqqəti qadağan edilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixli qərarla icra məmuru Elşən Əliyev tərəfindən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları ilə və məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Əliyev X3 Rayon Məhkəməsinin 16(076)- 75/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə müəyyən edilmiş torpaq sahələrinə daxil olmamış və heç bir iş görməmişdir. Şəxs tərəfindən mübahisəli torpaq sahəsində əkin işləri məhkəmə tərəfindən icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qərardadı qəbul edilməmişdən öncə aparılmış, bundan sonra tələbkar həmin torpaq sahəsində Şəxs görməmiş, borclu Şəxs tərəfindən məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərin edilməsi barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibinin olması halı müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində ünvan 2kir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar