Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-319/2024 03.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmiş və cərimə hazırda ödənilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-319/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 17 yanvar 2013-cü il tarixdən başlayaraq 24 may 2007-ci il təvəllüdlü Simarə və 31 yanvar 2009-cu il təvəllüdlü Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 55 (əlli beş) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırda borclunun 770 manat borcu var. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Borclunun barəsində Azərbaycan Respublikası XM-nin 528.1-ci maddəsi protokol tərtib edilmiş və o 500 (beş yüz) manat cərimə edilmiş və cərimə hazırda ödənilmişdir. Əlavə olaraq bildirdi ki, borclunun tələbin yönəldilə biləcəyi gəliri və adına heç bir əmlak yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, o sonuncu dəfə avqust ayında 110 manat aliment ödənişi etmişdir, daha sonra insult keçirmiş və uzun müddət xəstə yatmışdır. Həmin vaxtdan mütəmadi olaraq hər ay xəstəxanada müalicə alır. Onun xəstəli nəticəsində bədənin sol hissəsini idarə edə bilmir və əmək qabiliyyətini itirmişdir. Bu səbəbdən işləyə bilmədiyi üçün ödəniş edəbilməmişdir.Sonunci həkim müayinəsi zamanı ona ikinci qrup əlillik diaqnozu qoyulmuş və hazırda sənədləri hazırlanır. Həmçinin əvvəllər ona təyin edilmiş 500 manat cəriməni də ödəyə bilməmişdir. Ona aprel ayından hər ay 220 manat pensiya veriləcək və pensiyasını aldıqdan sonra borcunu ödəyə biləcəkdir. Odur ki, məhkəmədən barəsindən başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tələbkar Zərərçəkmiş şəxs üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-319/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 17 yanvar 2013-cü il tarixdən başlayaraq 24 may 2007-ci il təvəllüdlü Simarə və 31 yanvar 2009-cu il təvəllüdlü Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 55 (əlli beş) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2013-cü il tarixli qərarla icra məmuru Ruslan Rüstəmov tərəfindən icraata qəbul edilmişdir. İşdə olan "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs həqiqətən xx.xx.2023-cü il tarixdən hal - hazıradək Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində Dəqiqləşdirilməmiş serebrovaskul xəstəliklərin nəticələri diaqnozu ilə 4017 nömrəli xəstəlik tarixinə əsasən stasionar müalicə olunur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları ilə və məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-319/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə ödəniş etmiş və sonuncu dəfə 2023-cü ilin avqust ayında 110 manat ödəniş etmişdir. Bundan sonra Şəxs xx.xx.2023-cü il tarixdən hal-hazıradək Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində Dəqiqləşdirilməmiş serebrovaskul xəstəliklərin nəticələri diaqnozu ilə 4017 nömrəli xəstəlik tarixinə əsasən stasionar müalicə olunur, həmçinin hazırda da əmək qabiliyyəti olmamaqla bədənin sol hissəsini idarə edəbilmir. Bu səbəbdən Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-319/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-319/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver