Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-32/2023 19.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin Kür PB-nin sahə rəisi: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1987-жi илдя Şəmkir rayonu, Xuluf kəndində aнадан олмуш, Азярбайжан Республикасы вятяндашы, орта тящсилли, evli, işsiz, Şəmkir rayonu, Xuluf kəndində qeydiyyatda olmaqla, həmin qəsəbədə йашайан Şəxs оьлунун Азярбайжан Республикасы Иnzibati Хətalar Мəcəlləsinин 442-ci маддяси иля nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola aчыг мящкямя ижласында бахараг MÜƏYYƏN ETDİ : Şəxs оьлу 25 dekabr 2022-ci il tarixdə Şəmkir rayonu, Xuluf kəndində yaşadığı evdə satışı qadağan edilmiş pirotexniki vasitələri satmışdır. Бу щярякятляри иля Şəxs оьлу Azərbaycan Respublikası ИХМ-ин 442-ci маддясиндя нязярдя тутулан инзибати хятаны тюрятмишдир. Şəxs оьлуnun щямин инзибати хятаны тюрятмяси özünün etirafı вя ишдя олан сянядлярля tam тясдиг олунmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs оьлу özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, yeni il bayramı ilə bağlı kənd uşaqlarına vermək üçün Gəncə şəhərində pirotexniki vasitələr alıb gətirmişdir. Lakin həmin pirotexniki vasitələr artıq qaldığından evində satmaq qərarına gəlmişdir. 25 dekabr 2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana gələrək həmin pirotexniki vasitələri aşkar etmişlər. Qeyd olunan pirotexniki vasitələrin satışının qadağan olunmasından məlumatı olmamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis Şöbəsinin Kür PB-nin polis nəfəridir. 25 dekabr 2022-ci il tarixdə Şəmkir rayonu, Xuluf kənd sakini Şəxs yaşadığı ünvana baxış keçirən zaman sonuncunun evində satışı qadağan edilmiş pirotexniki vasitələri satması müəyyən edilmişdir. Həmin vaxt Şəxs həmin pirotexniki vasitələri satmasını etiraf etmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Həmçinin, məhkəmə Şəxs inzibati tənbeh tədbiri təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, mящкямя хятанын характерини, инзибати хята тюрятмиш шяхсин шяхсиййятини, онун тягсиринин дяряжясини və əməlindən peşman olmasını нязяря алараг щесаб едир ки, Şəxs оьлуnun barəsində cərimə növündə inzibati tənbeh tətbiq едилмяsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Eləcə də, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Şəxs evindən aşkar edilərək götürülmüş 7 ədəd üzərinə “Cracker” yazılan, 10 ədəd üzərinə “Petards” yazılan, 6 ədəd üzərinə “Black Tiger” yazılan, 7 ədəd üzərinə “Pirate” yazılan, 16 ədəd üzərinə “Ground Salute” yazılan və 8 ədəd üzərinə “Big Cracker” yazılan pirotexniki vasitələr qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməlidir. Azərbaycan Respublikası ИХМ-нин 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 115.4.2-ci maddəsinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına verilməli, yaxud məhv edilməlidir. Эюстярилянляря ясасян вя Azərbaycan Respublikası ИХМ-нин 40, 43, 48-51, 114, 128-130-жu маддялярини рящбяр тутараг, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 7 ədəd üzərinə “Cracker” yazılan, 10 ədəd üzərinə “Petards” yazılan, 6 ədəd üzərinə “Black Tiger” yazılan, 7 ədəd üzərinə “Pirate” yazılan, 16 ədəd üzərinə “Ground Salute” yazılan və 8 ədəd üzərinə “Big Cracker” yazılan pirotexniki vasitələr müsadirə edilməklə, 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-32/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-32/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver