Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-320/2023 28.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan: Şəxs QSC-nin nümayəndəsi X1 və vəkil X3 iştirakı ilə Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 483–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC 2022-ci il ərzində Şimal Ərazi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannaməsi əsasında ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 1.619,01 ABŞ dolları (2.752,30 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Бу щярякятляри иля Şəxs QSC Azərbaycan Respublikası ИХМ-ин 483–cü maddəsində нязярдя тутулан инзибати хятаны тюрятмишдир. Şəxs QSC-nin щямин инзибати хятаны тюрятмяси ишдя олан сянядлярля tam тясдиг олунmuşdur. Məhkəmə iclası zamanı Şəxs QSC-nin nümayəndəsi X2 göstərdi ki, təmsil etdiyi cəmiyyət tərəfindən müvafiq gömrük bəyyanaməsi əsasında ixrac edilmiş malları xarab olduğundan, müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Bu səbəbdən də ixrac edilmiş yüklərin müqabilində köçürülməli olan 1.619,01 ABŞ dolları (2.752,30 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilməmişdir. Hesab edir ki, ixrac edilmiş yüklərin müqabilində köçürülməli olan məbləğin müvəkkil bankda olan hesaba köçürülməməsində Şəxs QSC-nin heç bir təqsiri olmamış və təmsil etdiyi cəmiyyət tərəfindən hər hansı inzibati xəta hadisəsi törətdilməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını, vəkilin çıxışını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs QSC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi Şəxs QSC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsini tələb etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs QSC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Bununla belə məhkəmə Şəxs QSC-nin nümayəndəsinin məhkəmə iclasında göstərdiklərinə qiymət verərək qeyd edir ki, Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclası zamanı müvafiq gömrük bəyyanaməsi əsasında ixrac edilmiş mallar xarab olduğundan, müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasını iddia etsə də, həmin olan təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bu isə işin halları ilə təkzib edilmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, qanunvericiliyin tələblərrinə əsasən ixrac edilmiş mallar xarab olduğu halda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə bu barədə müvafiq məlumat verilməklə, lazımi sənədləşmə işləri aparılmalıdır. Hazırki inzibati materialda isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Bundan başqa, Şəxs QSC-nin direktoru tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq, ixrac müqaviləsi məhkəməyə təqdim edilsə də, məhkəmə həmin müqaviləni sübut növü kimi qəbul etmir. Belə ki, etiraza əlavə edilmiş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri deyil, adi kserosurətləri məhkəməyə təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Belə olan halda məhkəmə lazımi qaydada təsdiq edilməmiş sənədləri mötəbər sübut növü kimi qəbul etmir və iş üzrə yekun nəticəyə gələrkən adi kserosurət olan sənədləri nəzərə almır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483–cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs QSC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 483–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş 2.752,30 manatın 30 % miqdarında, yəni 825,69 (səkkiz yüz iyirmi beş manat altmış doqquz qəpik) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-320/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-320/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver