Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-321/2023 17.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəmkir Rayon Məhkəməsinə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolda görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində yerləşən, ərzaq mağazasında planlı yanğın-texniki müayinə zamanı obyekt sahibi tərəfindən heç bir şərait yaradılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində özünə məxsus ərzaq mağazasını işlədir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsinin əməkdaşları heç bir məlumat vermədən ona məxsus mağazaya gəlmiş, lakin həmin vaxt o, mağazada olmamış, qonşuda yas mərasimində olmuşdur. Protokol tərtib etmiş şəxsləri tanımır və heç bir əsas olmadan onun barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə izibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, mağazada yanğın – texniki müayinənin keçirilməsinə şərait yaradılmışdır. Hesab edir ki, barəsində əsassız yerə inzibati xəta haqında protokol tərtib etmişdir. Hazırda protokolun dəlillərini qəbul etmir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə FHN-nin X4 Xidməti Gəncə regional X4 İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, inzibati xəta haqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki işdə olan xx.xx.2023-cü il tarixli 0417 saylı “yanğın –texniki müayinənin aparılması haqqında” qərardan və ona əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış” dan görünür ki, X2 məxsus olan və Şəmkir rayonu, Zəyəm –Cırdaxan kəndində yerləşən ərzaq mağazasında xx.xx.2023xx.xx.2023-cü il tarixdə yanğın –texniki müayinənin aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, Şəmkir rayonu Zəyəm –Cırdaxan kəndində yerləşən ərzaq mağazasında yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qeyd edir ki, X1 xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində yerləşən ərzaq mağazasında planlı yanğın-texniki müayinənin keçirilməsinə qəsdən və qərəzli olaraq şərait yaradılmamışdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Zəyəm –Cırdaxan kəndində yerləşən ərzaq mağazasında yanğın –texniki müayinin aparılmas haqqında 0417 nömrəli qərar qəbul edilərək. müayinənin müddəti xx.xx.2023.-xx.xx.2023-cü il tarixə müəyyən edilsə də, iş materiallarında yanğın –texniki müayinənin keçirilməsi haqqında X2 hər hansı bildirişin ünvanlanması və ya rəsmi məlumatın verilməsi barədə sənəd aşkar edilməmişdir. Göründüyü kimi X2 yanğın- texniki müayinənin aparılması barədə məlumatının olması, bunula da qərəzli şəkildə müayinənin aparılmasına şərait yaratması müəyyən edilməmişdir. Halbuki, Azərbaycan respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsi ilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosesual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Bundan başqa iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda inzibati xəta haqqında videogörüntü olması qeyd edilsə də, məhkəmə tərəfindən videogörüntüyə baxış keçirilmiş, X3 tərəfindən ərzaq mağazasında yanğın – texniki müayinənin aparılmasına hər hansı maneçilik törədilməməsi müəyyən edilmişdir. Bununla da, FHN-nin X4 Xidməti Gəncə regional X4 İdarəsi inzibati xətanın baş verməsini təsdiq edəcək və mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması sübut olunmamışdır.Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbayca Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqa zidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 602.4-cü maddəsindən görünür ki, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, olunan digər yerlərə baxış keçirilməsinə mane olması nəzərdə tutulmuşdur.Göründüyü kimi Azərbaycan respublikası İXM-nin 602.4-cü maddəsinin tərkibinin yaranması üçün qanun normasında göstərilən inzibati xəta hadisəsi törədilməlidir. Məhkəmə hesab edir ki, X1 ərzaq mağazasında planlı yanğın-texniki müayinəyə şərait yaratmaması iş materialları ilə istisna olunur və belə olan halda əməldə inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan respublikası İnzibati Xətalar Məcəlləsinin 48- 50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tuttulmiş inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-321/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-321/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver