Məhkəmə qərarları › İş №3(076)-321/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-321/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-321/2025 18.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Şikayətçinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26645426 saylı və xx.xx.2025-ci il tarixli EQ 26668427 inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X10i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26645426 saylı və xx.xx.2025-ci il tarixli EQ 26668427 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26645426 saylı və xx.xx.2025-ci il tarixli EQ 26668427 inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərardan narazıdır. 2025-ci ilin mart ayında mənə məxsus avtomaşın Bakı Qazax yolunda və Şəmkir rayonu Nizami Küçəsində hərəkət edərkən Baş Dövlət Yol Patrul Xidməti tərəfindən elektron qaydada protokollar tətbiq edilərək ona avtomaşının məhdudlaşdırma olduğu üçün AR İXM-nin 346.2 və 346.9cu maddələri tələblərini pozduğu bildirilmişdir. Həmin qərarlarda göstərilmişdir ki, o, cəriməni gec ödədiyi üçün ona məhkəmə tərəfindən məhdudlaşmaq tətbiq edilmişdir. Lakin o bildirmək istəyir ki, o həmin cərimələri ödəyib və məhdudlaşdırması ləğv edilməsini üçün müraciət etmişdir. Məhkəmə onun haqqında həmin məhdudlaşdırma qərarlarına xitam vermişdir. Odur ki barəsində tərtib edilmiş müvafiq qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək həmçinin bildirdi ki, qardaşı X7 rayon ərazisində qeydiyyatdan olduğundan hər iki qararlardan şikayəti Şəmkir Rayon Məhkəməsində baxılması xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında BDYPB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26645426 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə, saat 13:22-də Şəmkir şəhəri, Nizami küçəsində idarə etdiyi “VAZ 21074 ” minik markalı, **- MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə olunmuşdur İş materiallarında BDYPB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26668427 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə, saat 12:38-də M 2, “ 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 397 km ərazidə idarə etdiyi “VAZ 21074 ” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə olunmuşdur. Beləliklə də, şikayət vermiş şəxs öz tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə avtomobil idarə edərkən onun üzərinə qoyulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması barədə qərarın ləğvi barədə məhkəməyə müraciət etmiş və həmin qərarların icrasına xitam verilmişdir. Məhkəmə araşdırma zamanı məlum olur ki, Şəmkir Rayon Məhkəməsinin 3(076)- 118/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Şəmkir Rayon Məhkəməsinin 3(076)- 135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ müvafiq olaraq, 06 ay və 8 ay müddətinə məhdudlaşdırılmışdır. Sonra isə şikayət vermiş şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cəriməni ödəyərək, 3(076)-118/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Şəmkir Rayon Məhkəməsinin 3(076)-135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarlarına icrasına xitam verilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin 3(076)-118/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Şəmkir Rayon Məhkəməsinin 3(076)-135/2025 nömrəli, xx.xx.2025-ci qərarları ilə, Şəmkir Rayon Məhkəməsinin 3(076)-118/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və Şəmkir Rayon Məhkəməsinin 3(076)-135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarlarına xitam verilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş hadisənin qeydə alındığı vaxt çəkilmiş foto şəkillərə əsasən Azərbaycan Respublikası DİN Baş X10i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26645426 və xx.xx.2025-ci il tarixli EQ 26668427 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarında qeyd edilən inzibati xətaların törədilməsi müəyyən edilmişdir. Beləliklə də X1nun Azərbaycan Respublikası İXM-in 346.1-ci və 339.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X10i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26645426 və xx.xx.2025-ci il tarixli EQ 26668427 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarları qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə- iyirmi manat məbləğində cərimə edilir. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş X10i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 26645426 və xx.xx.2025-ci il tarixli EQ 26668427 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarları qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X10i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 26645426 saylı və xx.xx.2025-ci il tarixli EQ 26668427 nömrəlinömrəli inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar