Məhkəmə qərarları › İş №3(076)-322/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-322/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-322/2024 01.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X4 iclas katibliyi ilə, Protokol tərtib etmiş orqanın nümayəndələri X1 və X7 iştirakları ilə, Şəxs barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 544.1-ci mаddəsi ilə Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsindən dаxil оlmuş inzibаti xətа hаqqındа protokol üzrə mаteriаlа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsindən Şəxs barəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 544.1-ci mаddəsi ilə inzibаti xətа hаqqındа xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin materiallarından görünür ki, sahibkar Şəxs məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən meyvə bağında keçirilməsi 11-13 mart 2024-cü ildə nəzərdə tutulan yoxlama xx.xx.2024-cü il tarixədək dayandırılmış və xx.xx.2024-cü il tarixdə keçirilən yoxlamaya şərait yaradılmamışdır. Şəxs bununla da Azərbaycan Respublikası İXM-in 544.1-ci maddəsi ilə nəzərdə tutulan inzbati xətanı törətmiş və bаrəsində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xətа hаqqındа protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclаsında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi X6 bildirdi ki, o, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsində aparıcı məsləhətçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY242084139 nömrəli, 22 fevral 2024-cü il tarixli çıxarış əsasında Şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən meyvə bağında xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək planlı yoxlanılma aparılması nəzərdə tutulmuşdur. Həmin meyvə bağında 12 mart 2024-cü il tarixində yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin olmaması, habelə sahibkarın Rusiya Federasiyasında olduğu üçün yoxlamada iştirak edə bilməməsi səbəbindən yoxlamanın aparılması dayandırılmışdır. Bununla da, 02 aprel 2024-cü il tarixdə həmin meyvə bağında yoxlamanın keçirilməsinə Şəxs tərəfindən şərait yaradılmamışdır. Həmçinin, Şəxs yoxlama keçirilməsi ilə əlaqədar hüquq və vəzifələri, yoxlamanın keçiriləcəyi vaxt və digər zəruri məlumatlar rəsmi şəkildə bildirilmişdir. Bütün bunlara baxmayaraq, Şəxs tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmadığından onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında protokol tərtib etmiş orqanın digər nümayəndəsi X8, X6 ilə eyni məzmunlu ifadə verərək Mətlabə Qasımovanın qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Materiala əlavə edilmiş Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY242084139 nömrəli, 22 fevral 2024-cü il tarixli çıxarış əsasında Şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən meyvə bağında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək planlı yoxlanılma aparılması nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin 04 mart 2024cü il tarixli məktubundan görünür ki, Şəxs yoxlamanın keçiriləcəyi barədə məlumat verilməklə hüquq və vəzifələrinin izahı ona göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, YP-092 saylı qərardan görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən Şəxs məxsus meyvə bağında 12 mart 2024-cü il tarixində yoxlama həyata keçirilir. Yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin olmaması, sahibkarın Rusiya Federasiyasında olması səbəblərdən yoxlamada iştirak edə bilməməsindən yoxlamanın davam etdirilməsinin mümkün olmamasına (21 gün müddətinə) əsasən yoxlamanın aparılması dayandırılmışdır. İşdə olan YP-092 saylı, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, KY242084139 nömrəli, 22 fevral 2024-cü il tarixli çıxarışa əsasən Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən meyvə bağında aparılan yoxlama zamanı, yoxlanılan sahibkarın səlahiyyətli nümayəndəsinin olmaması, sahibkarın Rusiya Federasiyasında olması səbəblərindən yoxlamanın keçirilməsi mümkün olmamış və yoxlama zamanı texniki vasitələrdən istifadə edilərək foto və video çəkilişlər həyata keçirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin 13 mart 2024cü il tarixli, məktubundan görünür ki, Şəxs üzrlü səbəbdən Rusiya Federasiyasında olduğu üçün yoxlamanın xx.xx.2024-cü il tarixədək dayandırıldığı və xx.xx.2024-cü il tarixdə keçiriləcək yoxlamada səlahiyyətli nümayəndənin və ya sahibkarın özünün iştirakının təmin edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə rəsmi məlumat verilmişdir. İşdə olan YP-092 saylı, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Şəxs məxsus, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən meyvə bağında, KY242084139 nömrəli, 22 fevral 2024-cü il tarixli çıxarış əsasında keçirilməsi nəzərdə tutulan yoxlama zamanı, həmin meyvə bağında yoxlamanın keçirilməsinə şərait yaradılmamış və yoxlama zamanı texniki vasitələrdən istifadə edilərək foto və video çəkilişlər həyata keçirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol məlumat üçün Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xata haqqında protokoldan görünür ki, Şəxs məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən meyvə bağında keçirilməsi 11-13 mart 2024-cü ildə nəzərdə tutulan yoxlama xx.xx.2024-cü il tarixədək dayandırılmış və xx.xx.2024-cü il tarixdə keçirilən yoxlamaya şərait yaradılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış KY242084139 nömrəli, 22 fevral 2024-cü il tarixli çıxarışdan görünür ki, Şəxs məxsus ********** nömrəli VÖEN mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş şəxsin izahatını, şahidlərin ifadəsini dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən meyvə bağında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş və qanuni tələblərinin yerinə yetirilməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin məcəllənin 17-ci maddəsinin qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsinin əməkdaşları yoxlama keçirərkən Şəxs adına aktiv olan ********** nömrəli VÖEN olduğu üçün vəzifəli şəxs hesab edilir. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin üç min manatdan dörd min manatadək məbləğdə inzibati cərimə tənbehinin tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs vəzifəli şəxs olaraq İXM-in 544.1-ci mаddəsi ilə təqsirli bilinib, cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73, 114,128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərаrdаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar