Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-323/2023 10.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Musayev Taleh Valeh оьлунун сядрлийи Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir RPŞ-nin Zəyəm PB-nin polis sahə rəisi: X1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1983-жü илдя Şəmkir rayonu, Zəyəm qəsəbəsində aнадан олмуш, Азярбайжан Республикасы вятяндашы, орта тящсилли, evli, işsiz, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin qəsəbədə йашайан Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəxs 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Бу щярякятляри иля Şəxs Azərbaycan Respublikası ИХМ-ин 157-ci maddəsində нязярдя тутулан инзибати хятаны тюрятмишдир. Şəxs щямин инзибати хятаны тюрятмяси özünü etirafl, zərərçəkmiş şəxsin izahatı вя ишдя олан сянядлярля tam тясдиг олунmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Gülnarın başqa şəxslərlə danışmasından şübhələnmiş, bu səbəbdən 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə olan zaman Gülnarın əlindən telefonu almış və başqa şəxslərlə yazışmalarını görmüşdür. Bundan sonra onlar arasında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək Gülnarı sillə ilə vurmuşdur. Bununla belə hazırda əməlindən peşmandır. Odur ki, izahatında göstərilənlərin nəzərə alınmasını və ona daha yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs onun əridir. 05 fevral 2023-cü il tarixdə saat 15 radələrində yaşadıqları evdə olan zaman telefonuna mesaj gəlmiş, Asif isə telefonu onun əlindən almaq istəmişdir. Bu zaman o, telefonu koda salmış, Asif isə onu vurmağa başlamışdır. Nəticədə o, bədən xəsarəti almışdır. Hazırda Şəxs ilə barışmamışdır. Lakin ona yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 122 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində başın tüklü hissəsində təpə nahiyəsinin, kürək nahiyəsinin sıyrıqları, boyunun sol yan səthinin, sağ bazu nahiyəsinin yuxarı üçdə birinni arxa səthinin və sol dirsək oynağının qançırları kimi xəsarətlər aşkar edilmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-323/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-323/2023
10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver