Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-329/2024 17.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X8 Şəmkir Rayon X10 X14 inspektoru: X4 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X17 idarəsinin Şəmkir Rayon X10 X14 vəzifəli şəxsinin, fiziki şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X17 idarəsinin Şəmkir Rayon X10 X14 vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X3 RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini, Şəmkir Rayon X10 X14 inspektoru X4 və Şəmkir Rayon X10 X14 polis kapitanı X2 barəsində xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X11 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, 24 mart 2024–cü il tarixdə saat 11:59 radələrində idarə etdiyi VAZ–21074 markalı 57–CF–617 dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir şəhəri, Z.Sarıyev küçəsində hərəkətdə olarkən Şəmkir RPŞ–nin DYPB– nın əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları onun sənədlərini yoxlamış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu zaman o, barəsində tərtib edilmiş protokola öz etirazını bildirmiş, çünki polis əməkdaşı hər hansı vasitə və üsuldan istifadə etmədən onun sərxoş olması qənaətinə gəlmişdir. Halbuki, o, həmin tarixdən 4 gün əvvəl, yəni 20 mart 2024–cü il tarixdə spirtli içki qəbul etmiş, 24 mart 2024–cü il tarixdə isə sərxoş olmamışdır. Onun etirazlarına və içki içməməsini bildirməsinə baxmayaraq, polis əməkdaşları ona məhəl qoymamış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan sonra özü həmin gün Gəncə Şəhər Narkoloji Dispanserinə müraciət etmiş və 24 mart 2024–cü il tarixdə saat 13:55 radələrində tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsində onun sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Göründüyü kimi o, hadisə baş verən gün sərxoş vəziyyətdə olmamış, Şəmkir Rayon X10 X14 inspektoru X6 isə əsassız şəkildə onun sərxoş olması qənaətinə gəlmişdir. Halbuki, polis əməkdaşı onun sərxoşluq vəziyyətini yoxlamaq üçün alkotestrdən istifadə etməli, o, imtina etdikdə isə onu həkim müayinəsindən keçirtməli idi. Lakin Şəmkir Rayon X10 X14 vəzifəli şəxsi üzərinə düşən vəzifələri yerinə yetirməmiş və qərəzli şəkildə barəsində protokol tərtib etmişdir. Həmçinin, qeyd olunan protokol əsasında Şəmkir Rayon X10 X14 polis kapitanı X5 onun barəsində xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Lakin həmin vəzifəli şəxs də qərar qəbul edərkən kifayət qədər araşdırma aparmamış, protokolun surətini qərara köçürməklə kifayətlənmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız, qanunsuz hesab edir. Odur ki, Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, Şəmkir Rayon X10 X14 inspektoru X4 və Şəmkir Rayon X10 X14 polis kapitanı X2 barəsində xüsusi qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin inspektoru X6 izahatında göstərdi ki, 24 mart 2024–cü il tarixdə saat 11:59 radələrində xidməti vəzifələrini yerinə yetirərkən Şəmkir şəhəri Z.Sarıyev küçəsində hərəkətdə olan VAZ–21074 markalı 57–CF–617 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsünü saxlatmış, ona, hüquq və vəzifələrini izah etmiş, lakin həmin vaxt sürücüdən spirt qoxusu gəlmiş və onun avtomaşını sərxoş halda idarə etdiyini görmüşdür. Bundan sonra adı ona məlum olan X11 alkotestr yoxlamasından keçirilməsi üçün dəvət edilmiş, sürücü alkotestr yoxlamasından keçirilikdən sonra onun sərxoşluq dərəcəsinin 0.373 promil olduğu müəyyən olunmuşdur. Həmin vaxt X11 alkotestr yoxlamasının nəticəsinə etiraz etməmiş, bu səbəbdən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1– ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X11 400 manat məbləğində inzibati cərimə edilmişdir. Baş vermiş hadisənin əks olunduğu videogörüntülərə baxış keçirəndə də, şəxsin sərxoş olması və alkotestr yoxlamasından keçdikdən sonra sərxoşluğunun müəyyən edilməsi aydın şəkildə müəyyən edilir. Bu səbəbdən hazırda şikayətin dəlillərini qəbul etmir və Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Həmçinin, Şəmkir RPŞ–nin DYPB–nin inspektoru X6 məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, istifadə etdikləri alkotestr cihazı nazirlik tərəfindən təqdim edilir və həmin cihaza hər hansı müdaxilənin edilməsi qeyri–mümkündür. Eləcə də, X11 alkotestr yoxlamasından 24 mart 2024–cü il tarixdə saat 11:57 radələrində keçirilmiş, özü Gəncə Şəhər Narkoloji Dispanserinə isə 2 saat sonra, yəni həmin gün saat 13:55 radələrində müraciət etmişdir ki, müddət keçdikcə alkoqolun təsiri təbii olaraq azalır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Yol polisi əməkdaşında olan 2518 nömrəli sərxoşluq vəziyyətinin ölçü cihazı kimi istifadə edilən xüsusi texniki vasitə ilə ölçülmüş və iş materiallarına əlavə edilmiş sərxoşluq qəbzindən görünür ki, X11 0,373 % sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X11 24 mart 2024–cü il tarixdə saat 11:59 radələrində Şəmkir şəhəri, Z.Sarıyev küçəsində VAZ–21074 markalı 57–CF–617 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1–ci və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair xx.xx.2024–cü il tarixli 847 saylı protokoldan görünür ki, X11 xx.xx.2024–cü il tarixdə saat 13:55 radələrində həkim müayinəsindən keçirilmiş və sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X11 24 mart 2024–cü il tarixdə saat 11:59 radələrində VAZ–21074 markalı 57–CF–617 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəmkir şəhəri, Z.Sarıyev küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X8 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəmkir RPŞ–nin X17 Bölməsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmn Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən və protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, barəsində protokol tərtib edilmiş şəxsə hüquq və vəzifələri izah edilmiş, habelə ona iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X11 şikayət ərizəsində sərxoş olmamasını, eləcə də, polis əməkdaşlarının onu heç bir tibbi müayinədən keçirmədiyini göstərsə də, polis əməkdaşı tərəfindən alkotestr cihazından yoxlamadan keçməklə 0,373 pr sərxoş olması öz təsdiqini tapmışdır. Həmin vaxt X11 alkotestr yoxlamasının nəticəsinə etiraz etməmiş və tibbi müayinədən keçirilməsini tələb etməmişdir. Bu hal polis əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki videogörüntülərdə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin inspektoru tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilmiş və videogörüntüdən müəyyən edilmişdir ki, polis əməkdaşı saxlanıldığı zaman Sahib Quliyevə tibbi müayinədən keçməyi təklif etmiş, lakin sürücü həkim müayinəsinə getməmiş, habelə alkotestrin nəticəsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş X17 idarəsinin Şəmkir Rayon X10 Yol Polisi X1 barəsində Azərbaycan Respublikası İXM–nin 327.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X8 şikayəti təmin edilməməlidir. Bununla belə məhkəmə hesab edir ki, şikayətin “Şəmkir Rayon X10 X14 inspektoru X4 və Şəmkir Rayon X10 X14 polis kapitanı X2 barəsində xüsusi qərar qəbul edilməsi” hissəsi əsaslı deyildir. Belə ki, işin müəyyən olunmuş hallarından da görünür ki, barəsində protokol tərtib edilmiş şəxsin əməlində inzibati xəta tərkibinin olması mötəbər sübutlarla araşdırılmış və vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında protokola baxılarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Bu hal isə Şəmkir Rayon X10 X14 inspektoru X4 və Şəmkir Rayon X10 X14 polis kapitanı X2 barəsində xüsusi qərar qəbul edilməsi əsaslarının dairəsinə daxil deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X8 Azərbaycan Respublikası DİN Baş X17 idarəsinin Şəmkir Rayon X10 X14 vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X17 idarəsinin Şəmkir Rayon X10 X14 vəzifəli şəxsinin, fiziki şəxs X8 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-329/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-329/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver