Məhkəmə qərarları › İş №3(076)-33/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-33/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-33/2024 29.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi X3 iştirakı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X14 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin araşdırması nəticəsində guya Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X2 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023– cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Araşdırmaya səbəb isə X2 əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən müavinətin ödənilməməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinə daxil olmuş müraciəti olmuşdur. Hazırda həmin qərarı əsassız hesab edir. Belə ki, X4 xx.xx.2008–ci il tarixdən etibarən Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin sinif müəllimi vəzifəsində işləyir. Mahirə Mustafayeva 10 may 2023–cü il tarixdən 10 iyun 2023– cü il tarixədək xəstə olduğu üçün işə çıxmamış və əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən gəlmədiyi günlər üzrlü sayılmışdır. X2 əmək qabiliyyətinin olmaması vərəqəsi müavinətin ödənilməsi üçün xx.xx.2023–cü il tarixdə məktəbin direktoru vəzifəsini icra edən X9 tərəfindən Tovuz rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığa təqdim edilmişdir. Daha sonra həmin gün, yəni xx.xx.2023–cü il tarixdə məlumat sistemə yerləşdirilmişdir. Lakin əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilə bağlı sistemdə dəqiqləşmə aparılması tələb olunmuşdur. Dəqiqləşmə aparıldıqdan sonra isə xx.xx.2023–cü il tarixdə müavinət ödənilmişdir. Hesab edir ki, inzibati xətanın bilavasitə Regional Təhsil İdarəsinin vəzifəli şəxsi tərəfindən törədilməsi sübuta yetirilməmiş, onun hansı əməldə təqsirli olması məlum deyildir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanunsuzdur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023– cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin nümayəndəsi X7 göstərdi ki, Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 xx.xx.2023–cü il tarixdə təmsil etdiyi hüquqi şəxsə müraciət edərək, 10 may 2023–cü il tarixdən 10 iyun 2023–cü il tarixədək xəstə olduğu üçün işə çıxmamasını, bununla bağlı əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etməsini, lakin ona müavinətin ödənilməməsini bildirmiş, onun müraciətindən sonra araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X4 həqiqətən 10 may 2023–cü il tarixdən 10 iyun 2023–cü il tarixədək xəstə olduğu üçün işə çıxmamış, bununla bağlı əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etməsinə baxmayaraq, onun müavinəti vaxtında ödənilməmiş, bununla da işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin, qeyd edir ki, əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən işçiyə müvainətin verilməsi ilə bağlı əməliyyatların aparılması təhsil idarəsinin səlahiyyətidir. Məhz bu səbəbdən də inzibati xəta haqqında protokol və qərar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 barəsində tərtib edilmişdir. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X5 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bundan başqa X7 məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, araşdırma zamanı Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbinin rəhbərliyi tərəfindən onlara sistemlə bağlı porblemlərin olması bildirilməmiş, bununla bağlı hər hansı rəsmi sənəd təqdim etməmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Barəsində qərar çıxarılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X8 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, xx.xx.2023–cü il tarixdən Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. X4 da həmin məktəbin ibtidai sinif müəlliməsidir. Onda olan məlumata əsasən Mahirə Mustafayeva 10 may 2023– cü il tarixdən 10 iyun 2023–cü il tarixədək xəstə olduğu üçün işə çıxmamışdır. Bundan sonra iyun ayının sonlarında Mahirə Mustafayeva əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmiş, lakin həmin vərəqədə məktəbin adı qeyd edilmədiyi üçün sistem tərəfindən təsdiq edilməmiş, bundan sonra Mahirə Mustafayeva 10 sentyabr 2023–cü il tarixdə düzəliş edilmiş şəkildə əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmiş və 10 sentyabr 2023–cü il tarixdə həmin vərəqə sistemə daxil edilmişdir. Lakin həmin vaxt da sistem vergi dəqiqləşməsi tələb etmiş, bu səbəbdən Mahirə Mustafayevanın müavinət gec ödənilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru üzrə mühasib vəzifəsində işləyir. Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi X4 10 may 2023–cü il tarixdən 10 iyun 2023–cü il tarixədək xəstə olduğu üçün işə çıxmamışdır. Qeyd edir ki, işçilərin davamiyyəti ilə bağlı jurnal (tabel) ayın əvvəlində göndərildiyi üçün, X4 tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsi tabel göndərildikdən sonra təqdim edilmiş, bu səbəbdən ona may ayı üzrə əmək haqqı ödənilmiş, lakin həmin ayda xəstə sayı çox olduğu üçün sistem tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri qəbul edilmədən imtina olunmuşdur. Bundan sonra Mahirə Mustafayeva xx.xx.2023–cü il tarixdə əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmiş və sentyabr ayının 15–də həmin vərəqə sistemə daxil edilmişdir. Lakin həmin vaxtda da DSMF tərəfindən vergi dəqiqləşdirilməsi tələb edilmiş, bu səbəbdən sistem əmək qabiliyyətinin olmaması vərəqəsini qəbul etməmişdir. Həmin vergi dəqiqləşdirilməsi gec təsdiq olunduğu üçün Mahirə Mustafayevanın müavinəti 2023–cü ilin dekabr ayında ödənilmişdir. Qeyd olunduğu kimi Mahirə Mustafayevaya xəstəlik pulunun gec ödənilməsi Təhsil İdarəsinin təqsiri olmamış, sistemlə bağlı problem olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xx.xx.2008–ci il tarixdən etibarən Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin sinif müəllimi vəzifəsində işləyir. 10 may 2023–cü il tarixdən 10 iyun 2023–cü il tarixədək xəstə olduğu üçün işə çıxmamış, bununla bağlı əmək qabiliyyətinin olmaması vərəqəsini iyun ayının sonunda təqdim etmişdir. Lakin həmin vərəqədə məktəbin adı qeyd edilmədiyi üçün mühasibatlıq tərəfindən qəbul edilməmişdir. Sonradan səhhətində yenidən problemlər yaranmış və əmək qabiliyyətinin olmaması vərəqəsini sentyabr ayında təqdim etmişdir. Lakin müavinəti gec ödənildiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinə müraciət etmişdir. Bundan sonra 2023–cü ilin dekabr ayında əmək haqqısı ilə birlikdə müavinəti də ödənilmişdir. Həmçinin, qeyd edir ki, o, müavinətin hansı səbəbdən gec ödənilməsini bilməmiş, bununla bağlı maraqlanmamış, nə də ki, ona bu barədə məlumat verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, müdafiəçinin çıxışını, şahid ifadələrini, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2008–ci il tarixli 14 nömrəli əmrdən görünür ki, X1 rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbinə sinif müəllimi təyin edilmişdir. İşdə olan və Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin arayışından görünür ki, X2 xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək xəstəlikdə olmasını təsdiq edən ******* seriyalı xəstəlik vərəqi sentyabr ayı əmək haqqını hesablanarkən direktor vəzifəsini icra edən X9 tərəfindən mühasibatlığa təqdim edilmişdir. Sənəd hazırlanaraq ödənilməsi üçün xx.xx.2023–cü il tarixdə Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzin portalında qeydiyyatı aparılmışdır. xx.xx.2023–cü il tarixdə ödənişə göndərilməmiş və səbəb kimi “2023–cü il may ayında xəstəlik dövrünə düşən iş günlərinə nisbətdə qazanc çoxdur”– göstərilmişdir. Həmin gündən X2 B3 hesabatında düzəliş edilməsi üçün vergi orqanına sənədlər göndərilmiş, lakin inteqrasiya prosesi ləngidiyinə görə sənədi yenidən ödənişə göndərilməsi mümkün olmamışdır. İşdə olan və Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin məktəbdənkənar sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı X9 tərəfindən xx.xx.2023–cü il tarixdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə mühasibatlığa yazılmış izahatından görünür ki, o, xx.xx.2023–cü il tarixdə təqdimatla bərabər məktəbin ibtidai sinif müəllimi X2 əmək qabiliyyətinin olmaması vərəqəsini də təqdim etmişdir. İşdə olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı xx.xx.2023–cü il tarixli haqq–hesabdan görünür ki, X4 xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş, bununla bağlı təyin edilmiş müavinət sistemə ödənilmişdir. İşdə olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı xx.xx.2023–cü il tarixli haqq–hesabdan görünür ki, X4 xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixədək müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş, bununla bağlı təyin edilmiş müavinət sistemə ödənilmişdir. İşdə olan haqq–hesab cədvəlinə baxışdan görünür ki, X2 müavinəti xx.xx.2023–cü il tarixdə ödənişə göndərilmişdir. İşdə olan Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbin direktoru tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinə ünvanlanmış xx.xx.2023– cü il tarixli 181 saylı məktubdan görünür ki, məktəbin ibtidai sinif müəllimi X2 əmək qabiliyyətinin olmaması vərəqəsinin verildiyi tarixdə məktəbin direktorluğu məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı X6 həvalə edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.2023–cü il tarixdə Qazax–Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə mühasibatlığa təqdimatla bərabər əmək qabiliyyətinin olmaması vərəqəsi təqdim edilmişdir. İşdə olan 12 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X4 xx.xx.2008–ci il tarixli 14 nömrəli əmrlə Tovuz rayon Əyyublu kənd 1 nömrəli tam orta məktəbinə sinif müəllimi təyin edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, X2 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, işin araşdırılmış halları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, X4 10 may 2023–cü il tarixdən 10 iyun 2023–cü il tarixədək xəstə olduğu üçün işə çıxmamışdır. Bununla bağlı əmək qabiliyyətinin olmaması vərəqəsini iyun ayının sonunda təqdim etmiş, lakin həmin vərəqədə məktəbin adı qeyd edilmədiyi üçün mühasibatlıq tərəfindən qəbul edilməmişdir. Həmçinin, araşdırma zamanı şahid ifadələri ilə müəyyən edilmişdir ki, X4 tərəfindən 10 may 2023–cü il tarixdən 10 iyun 2023–cü il tarixədək xəstə olması ilə bağlı əmək qabiliyyətinin olmaması vərəqəsi tabel göndərildikdən sonra təqdim edilmiş, bu səbəbdən ona may ayı üzrə əmək haqqı önədilmiş, lakin həmin ayda xəstə sayı çox olduğu üçün sistem tərəfindən əmək qabiliyyətinin olmaması vərəqələri qəbul edilməmişdir. Bundan sonra Mahirə Mustafayevanın səhhətində yenidən yaranmış problemlərlə bağlı əmək qabiliyyətinin olmaması vərəqəsini yalnız xx.xx.2023–cü il tarixdə təqdim edə bilmişdir. Sonradan, yəni sentyabr ayının 15–də həmin vərəqə sistemə daxil edilmiş, lakin həmin vaxtda da DSMF tərəfindən vergi dəqiqləşdirilməsi tələb olunmuş, bu səbəbdən sistem əmək qabiliyyətinin olmaması vərəqəsini qəbul etməmişdir. Həmin vergi dəqiqləşdirilməsi isə gec təsdiq olunduğu üçün Mahirə Mustafayevanın müavinəti 2023–cü ilin dekabr ayında ödənilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin əməkdaşları bu xüsusatları araşdırmamış, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 təqsirli olub–olmamasını konkret əsaslarla müəyyən etməmiş və birbaşa onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə, verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, şahid ifadələrində göstərilən xüsusatlar, o cümlədən Mahirə Mustafayevaya ödənilməli olan müavinətin 2023–cü ilin dekabr ayında ödənilməsi səbəblərinin həqiqətən sistemlə bağlı problem olub–olmaması araşdırılmalı, daha sonra şəxsin əməlinə hüquqi qiymət verilməli olduğu halda əsassız olaraq X5 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Bu hal isə ona dəlalət edir ki, inzibati xəta haqqında protokol natamam şəkildə tərtib edilmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol natamam olmasına, Azərbaycan Respublikası İXM–in tələblərinin əhəmiyyətli dərəcədə pozulması baxmayaraq, vəzifəli şəxs tərəfindən həmin protokol əsasında X5 inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsində ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırki qərarın əsaslandırıcı hissəsində qeyd olunan xüsusatların araşdırılması məqsədilə inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin 21 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4–cü maddəsi ilə tərtib edilmiş 12 dekabr 2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar