Məhkəmə qərarları › İş №3(076)-33/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-33/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-33/2025 13.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Fərhad oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Fərhad oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir RPŞ-dən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs Fərhad oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X3 izahatında bildirdi ki, Şəxs Fərhad oğlu xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək onun sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da o, İXMin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərhad oğlu məhkəmə iclasında izahatında bildirdi ki, Zərərçəkmiş şəxs keçmiş arvadıdır, birlikdə ərravad kimi yaşadıqları dövr ərzində iki övladları olmuşdur. Sonradan onların ailədə yaranmış ailədaxili problemlər nəticəsində təxminən 4 ildir ki, məhkəmə qərarı əsasında boşansalar da lakin bir kənddə yaşayırlar. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamış, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. Onların aralarında olan dava-dalaşın əsas səbəbi onun həftə sonları uşaqla görüşünü təmin etməməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində o, Şəmkir şəhərindən avtobusla yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndinə doğru gedərkən həmin avtobusda keçmiş arvadı Gülövşə azyaşlı oğlu ilə birlikdə onlarda avtobusda kəndə getmişdir. O, öz yaşadığı evə çatan zaman avtobusu saxladıb düşmək istəyərkən uşaqla danışmış və ertəsi günü toy məclisi olduğundan uşağın onunla getməsini təklif etmişdir. Bu zaman azyaşlı oğlu İslam onunla gəlmək istədikdə Gülövşə narazılıq etmiş və onlar arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı o Gülövşəni avtobusdan düşməsini və aralarında olan söhbəti kənarda etməyi təklif etmişdir. Lakin Gülövşə avtobusdan düşməmiş və o da uşağı götürə bilmədiyi üçün çıxıb getmişdir. Baş vermiş mübahisə zamanı o, keçmiş arvadı Gülövşəni vurmamışdır. Həmin vaxt yalnız aralarında sözlə mübahisə baş vermişdir. Gülövşə dedikləri yalan, şər və böhtandır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs Fərhad oğlu onun keçmiş həyat yoldaşıdır. Şəxs Fərhad oğlu ilə 5 ildir ki, boşanmışlar. Ailəli olduğu müddət ərzində qeyri rəsmi olaraq ailə həyatı qurmuş iki övladları olmuşdur. Aralarında heç bir ədavəti. düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. Onların arasında olan dava-dalaş keçmiş əri Ruslan həmişə onunla heç bir səbəb olmadan mübahisə etməyə başlayır. Bu səbəbdən də aralarında mübahisə baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində uşağın saçını kəsdirib avtobusla yaşadığı evə gedən zaman həmin avtobusda keçmiş əri Ruslanda olmuşdur. Ruslan yaşadığı ev onun yaşadığı evdən qabaq olduğu üçün Ruslan evə çatan zaman avtobusdan düşəndə uşağın qolundan tutmuş ki, onu da düşürsün. Lakin uşaq düşməmiş əlini dəmirdən tutub dayanmışdır. Həmin vaxt keçmiş əri Ruslanla aralarında mübahisə yaranmış və Ruslan onu yumruqla baş nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt avtobusda olan sərnişinlər Ruslan onu döyməsin deyə araya girmişlər və Ruslanı sakitləşdirmişlər. Ruslan bir neçə dəfədir ki, onu döymüş və onunla mübahisə etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə qaynı oğlu X4 vuraraq sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 noyabr 2024-cü il tarixli qəraradan görünür ki, Şəxs Fərhad oğlunun əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Şəmkir RPİ-nin İTB-nə göndərilmiş, vətəndaşın şikayət ərizəsi əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs Fərhad oğlunun Zərərçəkmiş şəxs qəsdən vurması, döyməsi və ya ona hər hansı xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, “Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı rədd materialı”nda zərərçəkmiş şəxsin bədən səthində aşkar edilmiş xəsarətlər, yəni başın tüklü hissəsindən sağ gicgah nahiyyəsinin yumuşaq toxumalarının ağrı halında əziyi KÜT əşyanın təsərindən törənməsi ekspert rəyində göstərilsə də, həmin xəsarətlərin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı rədd materialı” və digər sübutlarla öz təsdiqini tapmamışdır. Bütün bu hallar isə onu deməyə əsas verir ki, Şəxs Fərhad oğlunun Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi halı istisna edilir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 157–ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağır yetirməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsinin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Fərhad oğlunun Zərərçəkmiş şəxs qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur və belə olan halda tərəflər arasında qəsdən döymə ilə bağlı hadisə baş verməmişdir. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Fərhad oğlu barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar