Məhkəmə qərarları › İş №3(076)-330/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-330/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-330/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində Şimal Ərazi Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəmkir rayonu Dəllər Cəyir kəndində qeydiyyatda olan hüquqi şəxs-Şəxs (VÖEN **********) MMC Şimal Ərzi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2022-ci il tarixli, **********0835 saylı gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarmalı olan 9350,00 ABŞ dolları (15895,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Şəxs MMC-nin hüquqi ünvanına xəbərnamə əsasında göndərilmiş xx.xx.2022-ci il tarixdə, 1700-012/0xx-xx/004086 saylı “İxrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməməsi istiqamətində müvafiq tədbirlər görülməmişdir. Şəxs MMC-nin hüquqi nümayəndəsi xx.xx.2023-cü il tarixli, 1700-013/0xx-xx/001024 nömrəli məktub ilə Baş idarəyə dəvət edilmişdir. Buna baxmayaraq nümayəndənin iştirakı MMC tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəmkir rayonu Dəllər Cəyir kəndində qeydiyyatda olan Şəxs (VÖEN **********) MMC Şimal Ərzi Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2022-ci il tarixli, **********0835 saylı gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarmalı olan 9350,00 ABŞ dolları (15895,00 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülmnəsini təmin etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, hüquqi şəxs olan Şəxs (VÖEN **********) MMC İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs (VÖEN **********) MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs olan Şəxs (VÖEN **********) MMC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qəraraaldı: Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 9350,00 (doqquz min üç yüz əlli) ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi ilə 15895,00 (on beş min səkkiz yüz doxsan beş) manatın 30 (otuz) faizi miqdarında – 4,768.5 (dörd min yeddi yüz altmış səkkiz manat əlli qəpik) məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar