Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-335/2025 02.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X6 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs oğlunun iştirakları ilə xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu,Şiştəpə kəndində anadan olmuş,Azərbaycan Respublikası,vətəndaşı,orta təhsilli,subay,işsiz,Şəmkir rayonu,Şiştəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs, 05 mart 2024-cü il tarixdə saat Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan anası Zərərçəkmiş şəxs Məmməd qızına Şəmkir rayonunda Şiştəpə kəndində yaşadıqları evdə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək onu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində yaşayan X4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, oğlu Qafqazın onu öldürməklə hədələməsini bildirmişdir.xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində yaşayan X1 RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində ruhi-əsəb xəstəsi olan oğlu Şəxs onu boğaraq yerə yıxmasını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir.Aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu Şiştəpə kəndində X4 ilə oğlu Şəxs arasında ailəməişət zəmnində mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs əlləri ilə anası X3 boğazından tutaraq ona fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı qəsdən törətmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-nə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, X4 onun anasdır. Onunla anası arasında yaşadıqları evdə mütəmadi olaraq münaqişə olur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu Şiştəpə kəndində yaşadıqları evdə olan zaman anasının Tərtər rayonunda yaşayan bacısı uşaqlarının yanına getmədiyinə görə aralarında mübahisə yaranmışdır. Anası da mobil telefonla DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. O anası Sevili döyməmişdir.Məhkəmədən qərar qəbul edərkən izahatında göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs,məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onun oğludur, o ruhi-əsəb xəstəsidir, lakin qrup əlilliyi yoxdur, təqaüd almır. Qafqaz yaşadıqları evdə mütəmadi olaraq münaqişə yaratmışdır. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu Şiştəpə kəndində yaşadıqları evdə olan zaman Qafqaz Tərtər rayonunda yaşayan nəvələrinin yanına getmədiyinə görə onunla mübahisə etməyə başlamışdır. O da mobil telefonla DİN-in 102 xidmətinə zəng edərək məlumat vermək istəyərkən Qafqaz əlləri ilə boğazından tutaraq onu boğub yerə yığmışdır. Daha sonra isə qaçaraq yaşadıqları evdən getmişdir.Qafqaz onu boğub döydüyü üçün barəsində şikayət etmişdir.Hazırda şikayətçidir məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan, 01 aprel 2025-ci il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Şəmkir RPŞ-də ilkin yoxlama aparılmış və Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını və tədqiq edilmiş digər sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X2 məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 02 aprel 2025-ci il tarixdən saat 12:25-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-335/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-335/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver