Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-34/2023 05.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir rayonu YPX inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə Şəmkir rayonu YPX inspektoru, polis serjantı X3 tərəfindən İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs sürücülük vəsiqəsi olmadan xx.xx.2023-cü il tarixdə VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Şəmkir rayonu YPX inspektoru, polis serjantı X3 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə sürücülük vəsiqəsi olmadan Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində idarə etdiyi VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarına zidd olaraq manevir qaydalarını pozmuş, avtomobili ani sürətləndirməklə toz-torpağın ətrafa yayılmasına səbəb olmuş, polisin saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edərək həmin yerdən yüksək sürətlə uzaqlaşmış və onun saxlanılması mümkün olmamışdır. Bununla o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs polis tərəfindən bölməyə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilir. Belə ki, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində özünə məxsus olan VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi zaman qayda pozduğu üçün YPX əməkdaşı tərəfindən saxla işarəsi verilmişdir, lakin onun sürücülük vəsiqəsi olmadığı üçün o avtomobili saxlamaq istəməmiş və avtomobilin sürətini artıraraq uzaqlaşmağa çalışmışdır. Hərəkət müddətində özündən aslı olmayaraq manevir qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayonu YPX inspektoru, polis serjantı X5 ifadəsində göstərdi ki, Şəmkir rayonu YPX inspektoru, polis serjantı X3 ilə birlikdə xidməti vəzifənin icrası zamanı, xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Zəyəm- Cırdaxan kəndində idarə etdiyi VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü yol hərəkəti qaydalarına zidd olaraq manevir qaydalarını pozmuş, təhlükəli manevr etməsi ilə diqqəti cəlb edən avtomobil əks istiqamətdə onun idarə etdiyi avtomobili ötüb keçmişdir. Bu zaman avtomobilin istiqamətini dəyişərək xidməti avtomobilin uzaq vuran işıqlarını istefa edərək həmçinin səs mikrofonu ilə avtomobilin saxlanılmasını bildirmişdir. Lakin həmin şəxs avtomobili dayandırmayaraq öz hərəkətlərini davam etdirmiş, avtomobili ani sürətləndirməklə toz-torpağın ətrafa yayılmasına səbəb olmuş, onların saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edərək həmin yerdən yüksək sürətlə uzaqlaşmış və onun saxlanılması mümkün olmamışdır. Həmin vaxt xidməti avtomobilin video çəkmə cihazı məlum olmayan səbəbdən işləmədiyi üçün qeyd olunan halları mobil telefon ilə çəkiliş etmişlər. Lakin Şəxs çatabilmədikləri üçün Bölməyə raport ilə müraciət etməyə məcbur olmuşlar. Bundan sonra Şəxs polis tərəfindən bölməyə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xidməti vəzifəni icra edən zaman DYPB-nin həyətində səs-küy gəlməsini eşidərək bayıra çıxmışdır. Həmin vaxt Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsini və ictimai qaydanı pozmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs onun dostu olmaqla həmkədlidirlər. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şəmkir rayonu Zəyəm- Cırdaxan kəndində VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nişanlı avtomoli Şəxs idarə etmişdir və o, sərnişin qismində onun yanında əyləşmişdir. Həmin vaxt Sahil manevr qaydasını pozmuş, polis əməkdaşları onlara avtomobili saxla əmrini vermişdir, lakin Sahilin sürücülük vəsiqəsi olmadığı üçün avtomobili ani sürətləndirməklə toz-torpağın ətrafa yayılmasına səbəb olmuş, DYP əməkdaçlarının saxla əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edərək həmin yerdən yüksək sürətlə uzaqlaşmış, təqib edən polis əməkdaşları onlara çata bilməmişdir. Lakin bundan sonra polis əməkdaşları onu axtardığı üçün Sahil ona həmin vaxt avtomobili onun idarə etməsini polisə bildirməsini xahiş etmişdir. Məhkəmədən avtomobili həmin vaxt idarə edən Şəxs cərimə edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə tövsif edilmiş və onun həmin inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntüyə baxış keçirilərkən müəyyən edildi ki, VAZ 21074 Minik markalı 99UA057 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü xx.xx.2023-cü il tarixdə Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində ərazisində idarə etdiyi avtomobillə yol hərəkəti iştirakçıları üçün təhlükəli olan hərəkət edərək, polisin saxla əmrinə tabe olmayaraq yüksək surətlə avtomobili idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozaraq nümayişkaranə və qərəzli şəkildə yol hərəkətinin digər iştirakçılarının dincliyini pozmuş, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, şahid ifadələri, inzibati ilin materialları və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə əməlini səmimi etiraf edərək peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və İnzibati həbsə alınmanın əvvəli qərarın qəbul edildiyi saatdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərаrın icrаsı və Şəmkir rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-34/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-34/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver