Məhkəmə qərarları › İş №3(076)-343/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-343/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-343/2025 18.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan massivi, ev 7, mənzil 30-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola iş materialları ilə birlikdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X2 06 mart 2025-ci il tarixdə Bakı-Qazax yolunun 380-ci km-də “X4” yük markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlər göndərilsə də, tərəflər məhkəmədə iştirak etmirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X2 06 mart 2025-ci il tarixdə Bakı-Qazax yolunun 380-ci km-də “X4” yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs işıq siqnallarından istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X1 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X1 törətdiyi inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, eyni zamanda inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. X1 idarə etdiyi “X4” yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə quraşdırılmış və hazırda iş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin dəftərxanasında saxlanılan müvafiq icazə olmadan istifadə edilmiş xüsusi (çoxavazlı) səs siqnalı müsadirə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar