Məhkəmə qərarları › İş №3(076)-347/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-347/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-347/2024 17.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 Tələbkar: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Zərərçəkmiş şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 3048/2022 saylı icra sənədi üzrə yaranmış 695 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Zərərçəkmiş şəxs 1.460 manat məbləğində pulun və 35 manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin Zərərçəkmiş şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Zərərçəkmiş şəxs 695 manat məbləğində borcu vardır. Zərərçəkmiş şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək alimentin ödənilməsindən boyun qaçırır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar X4 izahatında göstərdi ki, borclu ona olan borcunu tam şəkildə ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Zərərçəkmiş şəxs ilə öz aralarında razılaşmışlar. Belə ki, borclu ona olan borcundan 350 manat ödəmiş, qalan borcu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Zərərçəkmiş şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan 1.460 manat məbləğində pulun və 35 manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Bununla belə hazırda tələbkarla öz aralarında razılaşmışlar. Belə ki, tələbkara olan borcundan 350 manat ödəmiş, qalan borcu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Zərərçəkmiş şəxs 1.460 manat məbləğində pulun və 35 manat dövlət rüsumunun alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan və tələbkar X4 tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona olan borcundan 350 manat ödəmiş, qalan borcu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də ondan şikayət və tələbi yoxdur. İşdə olan və borclu Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, tələbkara olan borcundan 350 manat ödəmiş, qalan borcu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Zərərçəkmiş şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu tələbkara olan borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə tələbkarla öz aralarında razılaşmış, borcundan 350 manat ödəmiş, qalan borcu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Tələbkar da ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Zərərçəkmiş şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Zərərçəkmiş şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Zərərçəkmiş şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar