Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-348/2023 28.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayоn Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, Şəxs оğlunun Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 3(076)-348/2023 nömrəli qərarına qərarına xitam verilməsi ilə bağlı vəsatətinə baxaraq MÜƏYYƏNETDİM: Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 3(076)-348/2023 nömrəli qərarı ilə Şəxs оğlu İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ona təyin edilmiş inzibati cəriməni qərarın qüvvəyə mindiyi tarixdən 3 ay müddətində icra etmədiyinə görə Аzərbaycan Rеspublikası İnzibаti Хətаlаr Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə vəsatət ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cəriməni ödəmişdir. Buna görə də Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 3(076)-348/2023 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş DİN-in DYP Veb Portalından çıxarışdan görünür ki, Şəxs tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə cərimə məbləği və ona hesablanmış dəbbə pulu (cəmi 40 manat) ödənilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qərara xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Beləliklə, qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 3(076)-348/2023 nömrəli qərarına xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 3(076)-348/2023 nömrəli qərarına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-348/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-348/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver