Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-351/2025 04.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonunun Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs qolundan tutaraq onu əli ilə xəsarət yetirməklə sonuncunu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin, şahidin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki,Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN 102 xidmətinə və Şəmkir RPŞ-yə müraciət edərək vəfat etmiş ərinin qardaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir.Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs özünü inzibati iş üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Yeganə onun rəhmətlik qardaşının həyat yoldaşıdır,əvəllər münasibətləri normal olmuşdur.xx.xx.2024-cü il tarixdə rəhmətlik qardaşı Arznun il mərasimi keçirtmişdir,amma Yeganə və qızı Dursun həmin məclisə gəlməmişlər,buna göədə onlala küsülü vəziyyəti yaranmışdır. Qeyd etmişdirki, Yeganə və Dursun Gəncə şəhərində yaşayırlar Arzunun sağ zamanlarda onlarla yaşadığı ev yaşadığı kənddə atasına məxsus ev olmuşdur. Lakin qardaşı rəhmətə getdikdən sonra Yeganəgil birlikdə qaldığı evə getdikdə ona yenə qardaşının yas mərasiminə gəlmədiyinə görə irad bildirmiş və aralarında söz mübahisəsi yaranmışdır.O, Yeganəgilə dərhal əşyalarını yığıb qardaşının evindən getməsini istədikdə Yeganə onu nalayiq ifadələrlə təhqir edərək üzərinə hücum etmişdir. Amma orada olan şəxslər yəni bacısıgil araya girərək ona manə olmuşlar.Bundan sonra onlar evlərinə qayıtmışlar. Yeganə Qareyavanın bildirdikləri yalan və şərdir.O, başqa şəxsi vurmamış, mübahisə fərdi yaşayış evində baş vrmiş. Təxminəm 10 dəqiqə davam etmiş və yanında bacıları,arvadı, atası,Dursun və Yeganənin atası Vidadi olmuşdur.Odur ki qeyd etdiklərinə əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki,Onun əri Arzu bir ildir ki, vəfat etmişdir. Şikayət etdiyi şəxs onun qaynıdır və Şəmkir rayonu Yuxarı Seyfəli kənd sakinidir.Onlar hazırda qaynatasına məxsus Şəmkir rayonu Yuxarı seyfəli kəndində olan fərdi yaşayış evindən çıxıb Gəncə şəhərində Sevinc qəsəbəsində olan olan evdə uşaqları ilə birlikdə yaşayır.Onun vəfat etmiş əri Arzunun xx.xx.2024-cü il tarixdə il mərasimi keçirilmişdir.xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində o, yaşadığı evə yəni qaynatasının adına olan Şəmkir rayonu Yuxarı Seyfəli kəndinə getmişdir.O, həmin evdə olan zaman vəfat etmiş əri Arzunun bacısı Hicran və ərinin qardaşı Ceyhunun arvadı Pərvanə gəlmişlər.Bu zaman onlar evin satılması ilə bağlı söhbət edərkən aralarında mübahisə yaranmış .Mubahisə zamanı onun qaynı Ceyhunda gəlmişdir.Həmin vaxt söhbət zamanı Ceyhun onun qolundan tutub onu döyməyə başlamış və əli ilə onaa xəsarət yetirmişdir.O, da bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Hazırda da Şəxslə ilə barışmamışdır və onun barəsində ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Qarayeva Hicran Qəhrəman qızı izahatında göstərdi ki, Yeganə onun rəhmətlik qardaşı Arzunun arvadıdır və Ceyhun isə qardaşıdır.Qardaşı Arzu bir ildir ki,vəfat etmişdir.Onlar arasında heç bir ədavəti, düşmənçiliyi olmamışdırmünasibətləri normal olmuşdur.Qeyd etmiş ki, atası Qəhrəman qaredaşı sağ olan vaxtı Gəncə şəhərində Sevinc qəsəbəsində qardaşı Arzuya torpaq sahəsi alaraq ev tikmiş və onları ayırmışdır.Bundan əlavə onların əvəllər yaşadığı yəni atası Qəhrəmanın adına olan Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşəın fərdi yaşayış evi vardır.Lakin qardaşı Arzu vəfat etdikdən sonra onlar həmin evdə yaşamırlar və atası Gəncə şəhərində tikdirdiyi evdə uşqaqları ilə birlikdə yaşayır.Qeyd etmiş ki, xx.xx.2024-cü il tarixdə qardaşı Arzunun vəfat etməsi ilə il dönümü mərasimi olmuşdur. Və həmin mərasimə Yeganə gəlməmişdir.09.09.ə2024-cü il tarixdə Yeganə Şəmkir rayonu, Yuxareı Seyfəli kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir.Buna görədə o, və qardaşı Ceyhunun arvadı Şahid ilə birlikdə Yeganənin yanına gedib onunhla söhbət edib il mərasiminə gəlmədiyini və evi satmaq fikri barədə söhbət etmək istəmişlər.Lakin söhbət zamanı aralarında mübahisə baş vermişdir.Lakin baş vermiş mübahisə zamanı Yeganəni heç kəs vurmamışdır və ona heç kəs xəsarət yetirməmişdir.Sadəcə olaraq qardaşı Ceyhun onun evdə olan əşyalarını götürüb getməsini tələb etmişdir.Yeganənin dedikləri yalan,şər və böhtanıdr,qardaşı Ceyhun onu vurmamış onun qolunu cırmamış və avtomobil yandırmaq kimi sözlər deməmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Eyni zamanda məhkəmədə müəyyən edilir ki, hazırki hadisənin baş verməsi faktı üzrə araşdırma aparılmış cinayət işinin rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasən isə şəxs barəsinə inzibati protokol tərtib edilmişdir. 20 dekabr 2024-cü il tarixdə inzibati iş üzrə icraat dayandırılsa da, artıq 19 dekabr 2024-cü il tarixdə 3 aylıq məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Həmçinin hazırda, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qəbul edilməsi tarixindən artıq 6 aydan uzun müddət keçib. Belə olan halda məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106.0.4-cü maddəsinə müvafiq olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həmçinin işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olubolmamasını həll edir. Qeyd olunan Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-351/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-351/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver