Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-354/2024 19.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X2 Zərərçəkmiş şəxs: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.1982-ci ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, Şəmkir rayonu, Şiştəpə kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 25 mart 2024-cü il tarixdə saat 21:30 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində X4 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, X7 bacısı Tünzalənin keçmiş qayınanasıdır. Belə ki, bacısı Gülgəzin oğlu Yaşar ilə evlənmiş, lakin ailə münasibətləri pozulduğundan boşanmışlar. Bacısı Yaşar ilə evli olduqları müddətdə Şəmkir rayonu, Şiştəpə kəndində ev inşa etdirmişlər, ayrıldıqdan sonra isə Yaşar evdən çıxmış, bacısı oğlu ilə birlikdə həmin evdə yaşamışdır. Təxminən 2 il əvvəl bacısı işləmək üçün evdən çıxmış, bundan sonra Yaşar anası Gülgəzlə həmin evə daxil olmuşdur. 25 mart 2024-cü il tarixdə bacısı Yaşarın anası ilə evdən çıxmadığını görmüş və oğlu Ayxanla həmin evə getmişdir. Lakin Gülgəz evdən çıxmamış və bacısı ilə mübahisə etmişdir. Bu səbəbdən bacısı ona zəng edib çağırmış, o da oraya getmişdir. Onlar arasında mübahisə olsa da, o, Gülgəzi vurmamış, döyməmiş, ona hər hansı xəsarət yetirməmişdir. Bu səbəbdən özünü təqsirli hesab etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı göstərdi ki, 25 mart 2024-cü il tarixdə saat 21:30 radələrində Şəmkir rayonu, Şiştəpə kəndində oğlu Yaşara məxsus evdə olan zaman Yaşarın keçmiş arvadı Tünzalə, keçmiş qayını Şəxs və nəvəsi Ayxan oraya gəlmiş və onun evdən çıxmasını tələb etmişlər. O, evdən çıxmadığı üçün Məhər onu çarpayıdan sürüyüb yerə salmış və onu döyərək xəsarət yetirmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini və ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Gülgəzin oğlu Yaşar ilə evlənmiş, lakin ailə münasibətləri pozulduğundan boşanmışlar. Yaşar ilə evli olduqları müddətdə Şəmkir rayonu, Şiştəpə kəndində ev inşa etdirmişlər, ayrıldıqdan sonra isə Yaşar evdən çıxmış, o, oğlu ilə birlikdə həmin evdə yaşamışdır. Təxminən 2 il əvvəl işləmək üçün evdən çıxmış, bundan sonra Yaşar anası Gülgəzlə həmin evə daxil olmuşdur. 25 mart 2024-cü il tarixdə Yaşarın anası ilə evdən çıxmadığını görmüş və oğlu Ayxanla həmin evə getmişdir. Lakin Gülgəz və Yaşar evdən çıxmaq istəməmiş, onunla mübahisə etməyə başlamışlar. Bu səbəbdən qardaşı Məhərə zəng edərək çağırmışdır. Bir müddət sonra Məhər oraya gəlmiş, onlar arasında sözlə mübahisə davam etmişdir. Buna baxmayaraq, X10 vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 şahid X5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 285 saylı ekspert rəyindən görünür ki, X3 bədən səthində aşkar edilmiş xəsarət- sol baldır nahiyəsinin aşağı üçdə birinin ön-bayır səthinin cüzi şişkinlik fonunda qançırı küt əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş şahid X1 Həsənovun bacısı, X9 isə bacısı oğlu olmaqla, işin gedişatında maraqlıdır və Şəxs məsuliyyətdən yayınması yönündə ifadə vermişlər. Belə olan halda, həmin şahidlərin ifadələri sübut növü kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Məhkəmə, Şəxs zərərçəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Eləcə də, iş materiallarında olan ekspert rəyi ilə də Şəxs tərəfindən X6 xəsarət yetirilməsi sübut olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 19 aprel 2024-cü il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-354/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-354/2024
19.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver