Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-361/2023 24.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X8 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(076)-279/2023 tarixli qərarı ilə İXM-nin 510-cu maddəsi ilə təqsirli bilib 06 (altı) gün müddətə inzibati həbs olunmuş, Şəmkir rayonu, Zəyəm- Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şəmkir RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokollara açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollar tərtib olunaraq baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* və ******* nömrəli protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Şəmkir şəhəri, H.Aslanov küçəsində nəlayiq sözlər işlədərək içtimai qaydanı pozmuş və polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X10 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Cəlilov X13 RPŞ-nin qarşısında olarkən ünvansız nəlayiq ifadələr işlətmiş, bu zaman polis əməkdaşları onu nizam intizama dəvət etməsinə baxmayaraq o öz hərəkətlərini davam etdirmiş və polisin qanuni tələbinə məhəl qoymamışdır. O, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Şəmkir RPŞ-dən çıxarkən özündə olmamış və əsəbi olduğu üçün Şəmkir RPŞ-nin qarşısında nəlayiq ifadələr işlətmiş, ona yaxınlaşan polis əməkdaşlarının sözlərinə əhəmiyyət verməmişdir. Bundan sonra polis əməkdşaları onun qolundan tutaraq polis şöbəsinə aparmışlar. Hazırda o, əməlindən səmimi peşmandır. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Əlavə olaraq məhkəmə iclasında ifadə vermiş şahidlərin baş vermiş hadisə barədə doğru danışdıqlarını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X17 çıxışında göstərdi ki, Şəxs özünü təqsirli bilərək əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq yüngül cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X3 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:40 radələrində Şəmkir RPŞ-nin qarşısında Şəmkir şəhəri Həzi Aslanov küçəsində Şəmkir RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Suliddin Məhərov, manqa komandiri polis baş serjantı Hüseyn Ələsov və manqa komandiri polis baş serjantı İlknur Hidayətli ilə birlikdə xidmətdə olarkən şöbənin inzibati binasının qarşısında küçədə adı onlara sonradan məlum olan Şəxs ucadan ünvansız nalayiq söyüşlər işlətdiyini görmüşlər. Onlar Şəxs yaxınlaşaraq özlərini təqdim edərək söyüş söyməməsini deyərək nizam intizama dəvət edən zaman, Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş, onlar Şəxs polis şöbəsinə dəvət etmişlər, lakin Şəxs yenə tabesizlik göstərərək, polis şöbəsinə getmək istəmədiyini və ünvansız olaraq polis əməkdaşları barəsində nalayiq ifadələr işlətmişdir. Onlar bundan sonra məcbur olub Şəxs qolundan tutub barəsində qanuni tədbir görülməsi üçün Şəmkir RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. O, əvvəllər Şəxs tanımamış və heç bir ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin əməkdaşları X18, X4, X5 ifadələrində, şahid X1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-279/2023 saylı qərardan görünür ki, Cəlilov X6 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 06 gün müddətində inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, protokol tərtib etmiş şəxsin izahatı və Şəmkir RPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, Şəxs öz hərəkətləri ilə insanların narahat olmasına səbəb olan ifadələri qərəzli şəkildə və ucadan keçədə işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman ondan hərəkətlərini dayandırmağı tələb edən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamaqla İXM-nin 535.1 və 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. İnzibati xətalar şəxsin eyni vaxtda etdiyi hərəkətlərlə törədilmişdir. Buna görə də Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İXM-in daha ciddi xəta hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halı müəyyən etməmiş, eyni inzibati xətanın bir il ərzində təkrar törədilməsini məsuliyyəti ağırlaşdıran hal olaraq nəzərə alır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, inzibаti tənbehin məqsədinə nаil оlmаq üçün оnun şəxsiyyətini, qəbul ediləcək qərarın gələcəkdə icrasının mümkünlüyünü, törədilən inzibati xətanın xarakterini və təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, bаrəsində inzibаti həbs tətbiq etməklə оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədinə nаil оlmаq mümkündür. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tаrixdən, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati tənbeh növündə həbs seçilməli, həbsdə saxlama müddətinin əvvəli onun tutulduğu tarixdən hesablanmalı, məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X11 ödənilməsi üçün dövlət büdcəsinin hesabından 12 (on iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə sаxlаmа müddətinin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2023-cü il tаrixdən, saat 19:00-dan hesablansın. Qərаrın icrаsı Şəmkir rayon X9 Saxlama Yerinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X12 ödənilməsi üçün dövlət büdcəsinin hesabından 12 (on iki) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-361/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-361/2023
24.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver