Məhkəmə qərarları › İş №3(076)-362/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-362/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-362/2024 17.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 barəsində DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 20321687 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 20321687 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 50 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X2 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Baş X6 İdarəsinin 02 aprel 2024-cü il tarixli EQ 20321687 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 328.2-ci maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Baş X6 İdarəsinin 02 aprel 2024-cü il tarixli EQ 20321687 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarını qanunsuz və əsassız, qanunvericiliyin tam ziddinə olmaqla ədalətsiz hesab edir, belə ki, qərarın təsviri hissəsində qeyd edilmişdir ki, guya X2 02 aprel 2024-cü il tarixdə saat 17:45:39-da idarə etdiyim VAZ-21074 minik markalı 90EB-711 dövlət qeydiyyat nişanlı avtomobilə Bakı-Ələt Qazax-Gürcüstan sərhəddi yolunun 400cü kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürətinin həddini 23 km/saat aşaraq nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əslində isə X2 02 aprel 2024-cü il tarixdə saat 17:45:39-da idarə etdiyi VAZ-21074 minik markalı **- EB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı Ələt Qazax-Gürcüstan sərhəddi yolunun 400-cü kilometrliyində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini ümumiyyətlə aşmamışdır. Yəni yolda müəyyən edilmiş sürət həddi daxilində nəqliyyat vasitəsini idarə etmişdir. Bundan əlavə Azərbaycan Respublikası Baş X6 İdarəsinin 02 aprel 2024cü il tarixli EQ 20321687 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında qeyd edilmişdir ki, inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmuşdur. Azərbaycan Respublikası Baş X6 İdarəsinin 02 aprel 2024-cü il tarixli EQ 20321687 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əlavə edilmiş foto materiallara baxdıqda görünür ki, inzibati xətanın baş verdiyi vaxt yolda onun idarə etdiyi VAZ-21074 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobildən başqa yol hərəkətinin iştirakçısı kimi digər yəni NİVA markalı 57-C-016 dövlət qeydiyyat nişanlı avtomobil də olmuşdur. Bu isə qeyd olunan inzibati xətanın onun tərəfindən törədilməsini müəyyən etməyi qeyri-mümkün edir. Məhkəmə iclasında iştirak edən X2 izahatında bildirdi ki, barəsində 02 aprel 2024-cü il tarixli EQ 20321687 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. Bununla belə hesab edir ki, qəbul edilmiş qərar əsassız tərtib edilmişdir. Ona görə də, şikayətin təmin edilməsini, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X3, X1 şikayətinin əsassız olduğunu bildirərək mövcud texnologiya vasitəsilə qeydə alınmış inzibati xəta pozuntusunun X2 tərəfindən törədilməsinin aşkar göründüyünü bildirib şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Baş X6 İdarəsinin 02 aprel 2024-cü il tarixli EQ 20321687 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 328.2-ci maddəsi ilə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə müəyyən edilmişdir. İş materiallarından və X1 məhkəmə iclasında verdiyi izahatdan görünür ki, X2 müəyyən edilmiş hərəkət sürətini 23 km/saat həddində aşmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X2, idarə etdiyi VAZ-21074 minik markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobildən başqa, yol hərəkətinin iştirakçısı kimi digər yəni NİVA markalı 57-C-016 dövlət qeydiyyat nişanlı avtomobil də olmasını bildirsə də, bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X1 müəyyən edilmiş həddən yuxarı sürətdə nəqliyyat vasitəsini idarəetməsi nəticəsində İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında elektron qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, X2 barəsində İXM-nin 328.2-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında elektron qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraalır: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. DİN-in Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 20321687 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar