Məhkəmə qərarları › İş №3(076)-363/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-363/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-363/2024 17.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, "xxxx" MMC-in nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-in təsisçisi X4 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-in təsisçisi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2500 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan "xxxx" MMC-in təsisçisi X4 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarında göstərilmişdir ki, "xxxx" MMC-nin icarəsində olan kənd təsərrüfat təyinatlı torpaq sahəsində qazıntı və tikinti işləri aparılmışdır. Nəticədə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi və həmin maddənin tələbinə əsasən 2500 (iki min beş) manat məbləğində cərimə olunmağı qərara alınmışdır. Hesab edir ki, xx.xx.2025-cü il tarixli MN ******* nömrəli qərar aşağıdakı sadalanan səbəblərdən tam əsassızdır, Azərbaycan Respublikasının qanunvericiliyinin , maddi və prosessual normalarının tələbləri pozularaq qəbul edilmişdir və buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarda protokolun tərtib edilməsi göstərilsə də onun bu protokoldan xəbəri yoxdur, bu protokolla tanış deyil və imzalamamışdır. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-in nümayəndəsi X3 izahatında bildirdi ki, "xxxx" MMC-in təsisçisi X4 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bununla belə hesab edir ki, qəbul edilmiş qərar əsassız tərtib edilmişdir. Ona görə də, şikayətin təmin edilməsini, həmin şəxsin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin izahatına məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-in təsisçisi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 2500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 275.1.1-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə vəzifəli şəxslər barəsində iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə müəyyən edilmişdir. İş materiallarından görünür ki, X4 dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyəti həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. X4, onun bu protokoldan xəbəri olmamasını, bu protokolla tanış olmadığını və imzalamadığını bildirsə də, bu hal onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas vermir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyəti həyata keçirməsi nəticəsində İXM-nin 275.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında qərar və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, X4 barəsində İXM-nin 275.1.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraalır: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar