Məhkəmə qərarları › İş №3(076)-384/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-384/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-384/2025 21.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi X1 iştirakı ilə Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X3 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ 27187859 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN–in BDYPİ–nin fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4–cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ 27187859 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası DİN–in BDYPİ–nin xx.xx.2025-ci il tarixli, EQ 27187859 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, AR DİN-nin BDYP-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis-polkivnik-leytenantı Elvin Abduləlizadənin 07 aprel 2025-ci il tarixli, EQ 27187859 saylı qərarı ilə o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan əməldə təqsirli bilinmişdir və 80(səksən) manat məbləğində cərimə edilmişdir. Qərar qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. Ona görə də ləğv edilməlidir və inzibati iş üzrə icraata xitam verilməlidir. Qərarda göstərilir ki, xx.xx.2025-ci il tarixdə, saat 17:20:13-də Bakı Qazax yolunun 286.6 km-də X2 Santa Fe minik markalı **-BL-*** dqn-lı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qadağanedici yol nişanının tələbini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80.0 manat məbləğində nzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərarda göstərilən X11 minik markalı **-BL-*** dqn-lı nəqliyyat vasitəsi oğlu Elmir Hümbətovaua məxsusdur. Həmin nəqliyyat vasitəsini ona verilən etibarnaməyə əsasən xx.xx.2025-ci il tarixdə, saat 17:20:13-də Bakı-Qazax yolunun286.6 km-də o idarə etmişdir. Həmin vaxtı yolun hərəkət hissəsinin 1-ci cərgəsində dayandığı halda ona əsassız olaraq dayanma və durma nişanının tələbini pozmağına görə inzibat protokol tərtib edilərək Azərbaycan Respublikası DİN-in BDYP-nin MərkəziMəlumat Xidmətinin rəisi polis-polkovnik-leytenantı Elvin Abduləlizdənin 07 aprel 2025-ci il tarixli, EQ27187859 saylı qərarı ilə ona 80(səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə iclası zamanı X4 ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli EQ 27187859 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı-Qazax yolunun 286.6-cı kilometrliyində “X12” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4–cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir və 80 manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli EQ 27187859 nömrəli inzibati xəta haqqında elektron qərara əlavə edilmiş və inzibati xəta hadisəsinə dair fotoçəkilişdən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı-Qazax yolunun 286.6-cı kilometrliyində “X12” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilini yolun hərəkət hissəsinin kənarında ikinci cərgəsində saxlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4–cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4–cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, qərar qəbul edən orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Belə ki, AR İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “X9” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İ-ci hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. AR İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN–in BDYPİ-nin X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27187859 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN–in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27187859 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN–in BDYPİ-nin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4–cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 27187859 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar