Məhkəmə qərarları › İş №3(076)-392/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-392/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-392/2024 21.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: ABC Telecom MMC-nin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Düyərli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1556/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 1636 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1556/2022 saylı qətnaməsi ilə cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli 21239726 nömrəli müqavilə üzrə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat əsas borc, 59,6 (əlli doqquz manat altmış qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 22115445 nömrəl müqavilə üzrə 856,8 (səkkiz yüz əlli altı manat səksən qəpik) manat əsas borc, 85,2 (səksən beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.600 (bir min altı yüz) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs cəmi 1386 manat aliment borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tərəfindən vaxt verildikdən sonra borclu tələbkara 250 manat ödəmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar ABC Telecom MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, borclu Şəxs icra sənədi üzrə onlara olan borcundan 250 manat ödəmişdir. Lakin onlar borcun tam şəkildə ödənilməsini tələb edirlər. Borclu onlar olan borcunu ödəməkdən qərəzli şəkildə yayınır. Bu səbəbdən ondan şikayətçidilər və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1556/2022 saylı qətnaməsi ilə ondan xx.xx.2020-ci il tarixli 21239726 nömrəli müqavilə üzrə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat əsas borc, 59,6 (əlli doqquz manat altmış qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 22115445 nömrəl müqavilə üzrə 856,8 (səkkiz yüz əlli altı manat səksən qəpik) manat əsas borc, 85,2 (səksən beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.600 (bir min altı yüz) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcundan 250 manat ödəniş etsə də, qalan borcunu ödəyə bilməmişdir. Hazırda həmin borcu ödəməkdən boyun qaçırmır və borcu ödəməli olmasını bilir. Bununla belə borcunu qısa zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1556/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli 21239726 nömrəli müqavilə üzrə 598,4 (beş yüz doxsan səkkiz manat qırx qəpik) manat əsas borc, 59,6 (əlli doqquz manat altmış qəpik) manat cərimə borcu, xx.xx.2020-ci il tarixli 22115445 nömrəl müqavilə üzrə 856,8 (səkkiz yüz əlli altı manat səksən qəpik) manat əsas borc, 85,2 (səksən beş manat iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1.600 (bir min altı yüz) manat məbləğində pul alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1556/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcundan 250 manat ödəniş etmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar